“İşğalın qurbanı” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Macar Turan Fondunun birgə əməkdaşlığı sayəsində istehsal olunan və Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi bu gün axşam saat 22:30-da İctimai Televiziya və sabah isə CBC Televiziyasının ekranlarında yayımlanacaq.
Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb.
Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini ,leytmotivini təşkil edir.Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır.
Film Macar-Turan Fondunun sədri Andras Bironun senarisi əsasında çəkilib.
Baxış sayı: 1 816
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

