FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İstiqlal mücahidi Mustafa Mahmudov
5-06-2020, 09:05 | TƏDQİQATLAR-ANALITIKA
İstiqlal mücahidi Mustafa Mahmudov

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk təhsilini əsası 1881-ci ildə qoyulan Kürdəmir kənd məktəbində almış, bir neçə il Göyçay qəza məktəbində oxuduqdan sonra Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul edilmişdi. 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirib Bakıda pedaqoji fəaliyyətə başlamış, 1907-ci ildə F.Xoyski, X.Xasməmmədov, İ.Tağıyev, M.Şahtaxtinski, Z.Zeynalovla birlikdə 2-ci Dövlət Dumasına deputat seçilmiş, Dumanın 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdu.

1918-ci il may ayının 26-da Zaqafqaziya Demokratik Respublikası süqut etdikdən sonra müsəlman deputatlar Azərbaycan Milli Şurasını yaradaraq onun Azərbaycan və Azərbaycan xalqı haqqında qərar verə biləcək yeganə qanunu orqan olduğunu bildirdilər. M.Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan olunduğu iclasın katibi idi. O, Müsavat Partiyasının üzvü kimi parlamentin bütün qərar və qanunlarının qəbul edilməsində fəal iştirak edirdi. Görkəmli tarixçi Z.Bünyadov "Azərbaycan Parlamentinin son saatları" məqaləsində M.Mahmudovun da nitqinə yer ayırıb.

Mustafa Mahmudov əsl millətsevər-türkçü, pedaqoq, maarifçi, milli mədəniyyətin təbliğçisi kimi türk məktəblərinin ruslaşdırması siyasətinə qarşı çıxaraq, ana dilimizin inkişafı və təhsilin ana dilində keçirilməsi uğrunda yorulmadan mübarizə aparıb. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı milli istiqlal hərəkatının önündə gedənlərdən olan Mustafa Mahmudov da milləti, millətinin istiqbalı uğrunda ölüm-dirim savaşına qoşulmuşdu.

Azərbaycan sovetlər tərəfindən işğal edildikdən sonra M.Mahmudov vətəni tərk etməyib. O, 1937-ci il noyabrın 23-də həbs edilib, həmin il dekabrın 20-də güllələnib.

Qısa tərcümeyi-halından göründüyü kimi, M.Mahmudov yurdunu, millətini coşqun bir məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət olub. Tariximizdə bu qədər önəmli rol oynamış bu əvəzsiz insanın xidməti Sovet tarixçiləri tərəfindən kölgələnmiş, xalqın fədakar oğlu millətə "xalq düşməni" kimi təqdim edilmişdi. Mustafa Mahmudov Azərbaycan xalqının istiqlaliyyəti uğrunda gedən mübarizədə bu qədər fəal iştirak etməsinə baxmayaraq, hələ də həyat və fəaliyyəti dərindən tədqiq edilməyib, layiq olduğu qiyməti almayıb.

Bu gün tariximizin ciddi araşdırılması, xalqımızın keçdiyi şanlı mübarizə yolunun, milli-mənəvi dəyərlərin gənc nəslə çatdırılması prioritet məsələlərdən biridir. Ona görə də ömrünü xalqının müstəqilliyi uğrunda fəda etmiş Mustafa Mahmudov kimi böyük şəxsiyyətlərin həyatı və fəaliyyəti ətraflı araşdırılmalı, aşkarlanmalı, xatirələri əbədiləşdirilməlidir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin başladığı, dünyanın müxtəlif ölkələrində dəfn olunmuş azadlıq mücahidlərinin məzarlarının abadlaşdırılması kimi vətənpərvər tədbirlər silsiləsinin layiqli davamı ola bilər.

Yaqut BAHADURQIZI

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru




Baxış sayı: 1 560
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30