FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olub
22-02-2016, 22:20 | MƏDƏNİYYƏT
“Xocalıda qırmızı mələk” tamaşasının Bakıda premyerası olub

Tamaşadan öncə Xocalı faciəsində həlakolangünahsızinsanlarınruhubirdəqiqəliksükutlayadedilib. Şura Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanov giriş nitqi söyləyib.

O, Xocalı faciəsi haqda məlumat verib. F. Qurbanov çıxışında bildirib ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd olunur, müxtəlif aksiyalar, tədbirlər keçirilir:

“Soyqırım ilə bağlı acı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı və rəhbəri olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyasının böyük rolu və xidmətləri vardır. Məhz bu kampaniya çərçivəsində sistemli şəkildə aparılan işin nəticəsi olaraq Amerika, Avropa, Asiya və  Afrika qitələrinin bir çox ölkələri, o cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb və ya  bu  istiqamətdə  müxtəlif səpkili sənədlər qəbul ediblər” .

F. Qurbanov məlumat verib ki, ötən ilin fevral ayında "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına dəstək  olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən “Xocalıda qırmızı mələk”  adlı tamaşa  hazırlanmış və italyan aktyorların ifasında Milan şəhərində təqdimatı keçirilmişdir.

Bu il Xocalı Soyqırımının 24-cü ildönümü ərəfəsində Şura həmin tamaşanı Milanda səhnələşdirən truppanı Bakıya dəvət edib. Bu gün tamaşa Bakı sakinlərinə təqdim ediləcək.

Sonra dövlət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və xarici ölkələrin Azərbaycanda olan Səfirliklərinin nümayəndələri, media və QHT təmsilçiləri tamaşanı izləyiblər. 

Sonda “Xocalıda qırmızı mələk” tamaşasının hazırlanmasında göstərdiyi yüksək aktyor peşəkarlığına görə Konstanta Buhnevici,  Alice  Beatrice Carrino, Lunella  Çerçi, Francesco Pacelli, Reza Dehghani Rostam və Kristina Monica Mannella, o cümlədən rejissor Nihad İsaya Şuranın Təşəkkürnaməsi verilib. Təşəkkürnamələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, İtaliyanın Azərbaycandakı səfiri Cənab Campaolo Kutillyo və “APA Holding”-in prezidenti Vüsalə Mahirqızı təqdim ediblər.

Qeyd edək ki, “Xocalıda qırmızı mələk” tamaşası “APA Holding”ə daxil olan Lent.az saytında yayımlanmış reportajlar əsasında çapdan çıxmış “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır. Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir. “Qırmızı mələk” deyilərkən azərbaycanlı əsirlərin “Qoruyucu Mələyi” adı almış, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində  çalışmış isveçrəli Pyer Reyçel nəzərdə tutulur. 




Baxış sayı: 2 095
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Bu gün, 19:00 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031