FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olunub
17-02-2016, 21:05 | MƏDƏNİYYƏT
Qarabağ həqiqətlərindən bəhs edən “Atəşkəs” filmi nümayiş olunub

Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə,  Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi  “Atəşkəs” sənədli filmi Azərbaycan dilində nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcədə media təmsilçiləri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyət böyük əmək sərf edib: “Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin görüntülərini görmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və bu işğal altında olan yerləri nümayiş etdirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm də bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Film barədə qısa məlumat verən U. Mirzəyev filmə göstərilən dəstəyə görə, Macar Turan Fondunun sədri Andras Biroya, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri cənab Azay Quliyevə təşəkkürünü bildirib.

Söz alan Macar Turan Fondunun sədri Andras Biro isə deyib ki, “Atəşkəs” filmi dünyaya mesajdır : “Azərbaycan və macar xalqı hər bir zaman yaxındırlar və dostdurlar. Bu filmi izləyən və ürəyi olan hər bir insan Azərbaycan xalqının ağır taleyini anlamış olur. Biz uzun illər hətta 1990-cı illərdə bu faciənin yaşandığını, Azərbaycanda müharibənin olduğunu bilsək də, faciə barədə az məlumatlı olmuşuq. Bu gün “Atəşkəs” filmi vasitəsilə faciəni real kadrlarla öyrənmiş olduq. Film Azərbaycanda törədilən faciənin həqiqətlərini əks etdirir.  Xocalı faciəsi tək Cənubi Qafqazın yox, bütün dünyanın insanlıq faciəsidir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, “Atəşkəs” sənədli filmi vasitəsilə dünyaya tək Xocalı faciəsinin həqiqətləri yox, həm də sülh ismarıcı göndərildi : “Sözün bitdiyi yerdir. Filmdə əziyyəti keçən Macar Turan Fondunun sədri Andras Biroya təşəkkür edirəm ki, o bu işə xüsusi səmimiyyətlə yanaşdı, filmi ərsəyə gətirdi. Burada bir insanpərvər bir şəxsin dünya ictimaiyyətinə çağırışını gördük. 

Bütün gücünü bilik və bacarığını əsirgəməyən  Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təşəkkürümü bildirirəm. O, bütün çətinliklərə baxmayaraq komandayla filmi peşəkarcasına hazırlanmasına nail oldu. Biz də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq filmə verdiyimiz bu dəstəyi həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan gördük. Çox təşəkkür edirik. 

Əlbəttə ki, bu, dövlətimizin bütövlükdə Azərbaycanda törədilən işğal faciəsiylə bağlı həqiqətlərin dünyaya çatdırılmasına  və maarifləndirilməsinə dair işlərin bir hissəsidir”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, “Atəşkəs” sənədli filmi Qarabağ hadisələrinin real xronologiyasını dünyada növbəti dəfə təbliğ edir : “Biz məyusluq doğuran hadisələrin xronologiyasını bir daha xatırladıq. İyirmi dörd il bundan öncə dünya bəşəriyyət insanlığa törədilən digər qəddar hadisələrdən heç də geri qalmayan Xocalı faciəsində şahidlik etdi. Təəssüf ki, sadəcə şahidlik etdi və susdu. 1992-93-cü illərdə bu hadisəyə siyasi maraqlar çərçivəsində yanaşıldı və ölkəmizin özündə belə real qiymət verilmədi. Lakin 1993-cü ildə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına qarşı törədilmiş bu faciə bütün çalarla özünün real qiymətini aldı. Eyni zamanda, faciənin reallıqları Azərbaycan dövlətinin iştirakı ilə xarici dövlətlərə çatdırıldı. İllər ötməsinə baxmayaraq bu faciənin həqiqətlərini Azərbaycan hələ də öz gücü, səyi vasitəsilə dünyayla paylaşır”.

Ə. Həsənov daha sonra qeyd edib ki,“Sənədli filmlər və bu kimi  layihələr vasitəsilə dünyada erməni xalqına qarşı nifrət aşılamaq istəmirik. Biz dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmalıyıq ki, faciə bir daha təkrarlanmasın. Erməni xalqını bu gün də özümüzə düşmən saymırıq. Etnik separatçılıq hərəkatını Cənubi Qafqazda başlayan və xalqları bir birinə qarşı qaldıran, etnik təmizləmə aparan cinayətkar qrupu dünyaya təqdim edirik. Həmin qrup bu gün Ermənistanda və seperatçı Dağlıq Qarabağ rejiminə rəhbərlik edir. Erməni xalıqının üstündə hakimiyyətə gələn cinayətkar erməni rejimini dünyaya tanıtmaq istəyirik”.

Tədbirin sonunda A. Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri  - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi təltifnaməsini Macar Turan Fondunun sədri Andras Biro və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təqdim edib.

 Sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi , o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini ,leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.




Baxış sayı: 2 270
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Bu gün, 19:00 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031