FACT-INFO.AZ » CƏMİYYƏT » Cənub həsrətinə, milli tariximizə öz şeirləri ilə məlhəm olan şair
20-01-2020, 14:20 | CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şeirləri ilə məlhəm olan şair

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakültəsini (1977-1981) və C.Qaryağdıoğlu adına musiqi kollecini qarmon ixtisası üzrə bitirmişdir (1985-1989). Əmək fəaliyyətinə Şamaxı rayonunda orta məktəbində müəllim kimi başlamışdır (1981-1985). Sonrakı illərdə Bakı şəhəri, Qaradağ rayonu 222 saylı orta məktəbində riyaziyyat (musiqi) müəllimi işləmişdir (1985-2006). Hal-hazırda iş fəaliyyətini Bakı şəhəri, Qaradağ rayonu, 321 saylı orta məktəbdə davam etdirir.

İlk şeirlərini orta məktəb illərindən yazmağa başlamışdır. Qəzet və jurnallardakı ədəbi fəaliyyəti əsasən 2000-ci ildən ardıcıl və davamlı olmuşdur. “Qələm” qəzetində “Elm, təhsil,incəsənət” üzrə şöbə müdirü işləmişdir. Müxtəlif qəzet və jurnallarda (“Yurd”,,”Beyrüs- Səfa”) publisistik yazıları və şeirləri çap olunmuşdur. Qarışıq janrlardan ibarət “Sənli günlərim” adlı kitabı çapdan çıxmış və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır (2015). Bununla birlikdə o, musiqi sahəsindəki (qarmon) ifaçılıq sənətini də xalq musiqisinin layiqli ifaçısı kimi müntəzəm olaraq davam etdirir.

Əvəz Müəllim bu gün əli, dili Təbrizə yetən şairdir.Yazısı, yaradıcılığı Vətən dərdinin dilində danışa bilir. Onun bütöv Azərbaycan ağrısı ənənəvi mövzunun bu günün dili ilə danışan obrazıdır.

Onun kitabının əvvəlində tanınmış şairlər Hikmət Məlikzadə və Eldar Səfa Şahvələdli fikirlərini yazıblar.

Eldar Səfa da, Hikmət Məlikzadə də zövq sahibi olan, ədəbi sözün gəldi-gedərindən xəbərdar sənətkarlardır. Hər biri də hikməti sözündən görən və tanıyandır. Hikmətin belə bir müşahidəsi maraq doğurur: Müasir yaradıcı meyllər Əvəz Müəllimin ifadə tərzində qismən fəal olsa da müxtəlif aspektlərdə xüsusən, xalq ruhu çox güclü təzahür edir. Lakin içində dövr edən səmimi hiss və duyğularını ənənəvi şeirin dili ilə ifadə elməsi qəbahət də deyil. Əsas odur ki,o, poetikanın tələblərinə uyğun çək-çevirlər edə bilir, hadisələri təkcə rəsmi kontekstdə deyil, poetik-realizədə də əks etdirməyi bacarır». Hikmət Məlikzadə çox doğru olaraq, Əvəz Müəllimin sözündə bir dirilik görür. Şair, sənətkar sözündə dirilik həyəcan Cənub həsrəti yükünü insan hisslərini və ağrılarını daşımaq gücü, qədəri ilə görünür. Əgər sözdə hiss və həyəcan doğuran güc və enerji varsa, demək, diridir. O söz yaşarılıq gücündədir. Müəllifin özü olmadan zamanını dəyişəcəyindən sonra da, nəisə demək gücündə olur. Söz insanın varlığına yeriyə bilirsə, onun qarşısını nə hakimlər, nə hökmlər ala bilir. Əvəz Müəllimin də istər publisistikasında, istərsə də poeziyasnda belə həyəcanlı məqamlar az deyil. İnsanın doğulduğu yerə,yurda – başqa sözlə, ilkinliyə qayıdışı onun yaddaşını müfahizə edə bilmək gücündən asılıdır. Şair Eldar Səfa Şahvələdli «Kəndimizdən gələn dünya» adlı öz yazısına Əvəz Müəllimin belə bir Şəhriyarsayağı deyimiilə başlayır:

«Dırmaşaydım ayaqyalın ağaca,

Həsrət qaldığımız dağa, yamaca.

Su dərin olaydı, boyum balaca,

Pirsaat çayında bata biləydim».

Bəli, bu misralar Əvəz Müəllimindir.

Yaddaşdan gələn səsidir. Uşaqlıq həyatından bir lövhədir. Və təsadüfi deyil ki, Eldar Səfa Şahvələdli də Əvəz Müəllimin yaradıcılığından danışmaq üçün onun bu misralarından açar kimi bəhrələnib. Eldar müəllim özünəməxsus yanaşma ilə yazısını belə səmimi duyğularla yekunlaşdırır: «Mən bu gün fəxr edir və sevinirəm ki, Əvəz Müəllim bizim sıramızdadır! Yəqin ki, həmişə olduğu kimi dodaq büzənlərimiz dodaq büzəcək,gözəl deyənlərimiz gözəl deyəcək, bədxahlar bəd deyəcək, ağzı xeyir sözlülərimiz isə xeyir söyləyəcəkdir: şükür! Qələm tutanlarımızın sırası davam edir. Sevinin, a mənim millətim, buna yalnız sevinmək olar. Mən,Əvəz Müəllim üçün rəy yox, ürək yazdım ki,yazmağa davam eləsin, yazdıqlarını gizlətməsin. Yazmağı ondan, yozmağı bizdən. Sözümün məğzi də elə bu idi. Uğurlar arzulayıram. Bu uğurlu yolda yol daşı olmaqdansa, yol-yoldaşı olmaq daha xeyirlidir». Eldar müəllimin sözünün sonundakı hikmət məqamı kifayət qədər diqqət çəkəndir. Yəni o, Əvəz Müəllimi yol daşı olmaqdan çox,yol-yoldaşı kimi görür. Yəni sözün yolundakı yoldaşlıqdan söhbət gedir.

Kitabın əvvəlində dərdini Arazla bölüşməydən başlayan şair “Araz, hey!” deməklə Arazı diksindirərək, həm də onu kükrəyib, “alışıb, yanmağa çağırır”:

Ümidlərə sərhəd olan xan Araz,

Xannan səndə qalıbmı bir can, Araz?

Quruyuban, alışıban,yan Araz

Dərd-möhnətdən sakit axan çayım, hey

Daşa dəyən harayım hey,hayım,hey!

Bu misralardan göründüyü kimi şair Araza dərdli-dərdli sakit axdığının daha bəs olduğunu vurğulayır. Və ya; Müəllimin arzuları səndədir,

Göz yaşları səninlə bir təndədir

Biz bir olsaq düşmən bizdən gendədir

Gümanlara qınaq olan Araz, hey!

Səngiməyən göz yaşları bəyaz,hey!

Sonra Arazı adlayan şair Heydərbabaya tərəf üz tutur. Sözün davamı olaraq Şəhriyarın “Heydərbaba”sının üstünə təzə bir ışıq salır ki, bu da onun ürəyinin işığıdır. Və bu görüşlə sanki, Şəhriyarın ruhunu təzələyib bərpa edir. O, işıqdan süzülən misraların bir neçəsinə diqqət yetirsək görərik ki, o, Heydərbabayla “görüşür”:

Heybaba, görüşünə gəlmişəm,

Həsrət qovub örüşünə qəlmişəm,

Bədhaxlarla döyüşünə gəlmişəm,

Şirvan-eldən əhvalına salam var,

Daim səni xatirlərə salan var.

Heydərbabanın zirvəsinə çıxıb Təbrizə tamaşa niyyətini gizlətmir:

Heydərbaba, mehman etsən sən bizi,

Zirvən üstən seyr eylərəm Təbrizi,

Bir açarıq gecəni, həm gündüzü,

Onda bizim ürəyimiz şad olar,

Dərd-möhnətdən könüllər azad olar.

Oradaca Şəhriyarı soraqlayır:

Heydərbaba, Şəhriyar bəs necoldu?

Özü demiş “gələmmədi gec oldu”?

Xeyirə şər, ağa qara güc oldu?

Qismət olsun, ayrılığın sonu var,

Hər bir işin axarı var, yönü var.

Biri bu tayda, biri O tayda olan Savalanla Babadağı görüşdürmək istəyir:

Babadağla həmdəm olan Savalan,

Zirvələri buludlardan bac alan,

Ayrı-ayrı qərar tutub ucalan,

Araz üstən əl uzadıb görüşə,

Əhvallaşıb ərzi-halı bölüşə.

Araz boyu havalanıb ağlayar,

Daim onu yaddaşlarda saxlayar.

Əvəz Müəllim esselərində, publisistikasında da şairdir. «Təbriz küçələrində uyuyan Qaragilə» Rübabəni yada salır, sanki bu qədim həsrət dolu xalq mahnısını Ərdəbildən Təbrizəcən dinləyə-dinləyə gedirsən. Özü də göz yaşları altında. Yaxud ustad Şəhriyarın xatirəsinə həsr olunmuş «Xoşginabda keçən günlər», «Cənub həsrətli Novruz günləri», «Şahbani – yoxsa cani» esselərini də həyəcansız oxumaq mümkün deyil. Əvəz Müəllimin vətəndaşlıq qeyrəti ağır Qarabağ ağrılarının altında çiyinlərini bükmür. Bu ağrılara Şuşa-Təbriz yolu çəkir və inanır ki, bir gün Bakıdan iki yol birbaşa ayrıca maneəsiz sərhədsiz keçəcək. Biri Şuşaya, biri də Təbrizə. Eləcə də Təbrizdən Şuşayacan urəkdolusu sevinclə gələcəyi günü də uzaqda görmür.

ARAZ, HEY!

Başımıza od ələndi,

Araz üstə səpələndi , Dərd dərd üstə təpələndi,

Ürəklərdə qövr eyləyən yaram, hey!

Sazaq vurub açılmayan aram, hey!

Ulu yurdu bölən yarı,

Gec-tez gələr haqqa sarı,

Tərk eyləyər bu diyarı,

Sevincimiz onda olar payım, hey!

Üzə gəlib üzlənər haqq-sayım,hey

Ümidlərə sərhəd olan xan Araz,

Xannan səndə qalıbmı bir can, Araz?

Quruyuban, alışıban, yan Araz!

Dərd-möhnətdən sakit axan çayım hey!

Daşa dəyən harayım hey, hayım hey! Müəllimin arzuları səndədir,

Göz yaşları səninlə bir təndədir,

Biz bir olsaq düşmən bizdən gendədir,

Gümanlara qınaq olan Araz, hey!

Səngiməyən göz yaşları bəyaz,hey!

Biz də öz növbəmizdə Əvəz Müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir. Ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Fact-info.az saytı




Baxış sayı: 4 229
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30