“Azərkosmos” və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi kosmik sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
Fact-info.az Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) məlumatına istinadla xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Azərkosmos”un rəhbər heyəti ilə ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili arasında görüş keçirilib.
Tərəflər arasında “Azərkosmos”un ABŞ-ın aparıcı kosmik şirkəti olan "SpaceX" ilə mövcud tərəfdaşlığı və bu əməkdaşlığın gələcək peyk layihələrində davam etdirilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda, ABŞ hökuməti ilə “Azərkosmos” arasında birgə tədbirlər və kommersiya layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın proqramları üzrə və ABŞ-ın innovasiya və inkubasiya mərkəzləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
