Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli normallaşmasıdır.
Fact-info.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya regional təhlükəsizlik naminə bu əsas məqsədə nail olmaq üçün bütün səyləri ardıcıl olaraq dəstəkləyir. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir.
RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi Vaşinqtonun regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. O, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və qüvvəyə minməsinin iki Cənubi Qafqaz respublikasında sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. (AZƏRTAC)
Baxış sayı: 145
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
