FACT-INFO.AZ » AKTUAL » "Zəngəzur dəhlizi regionun nəqliyyat xəritəsini yenidən formalaşdıracaq" - amerikalı politoloq
11-08-2025, 07:30 | AKTUAL
"Zəngəzur dəhlizi regionun nəqliyyat xəritəsini yenidən formalaşdıracaq" - amerikalı politoloq

"2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Ağ Evdə təşkil etdiyi tarixi sülh sammiti – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə – həm simvolik, həm də məzmun baxımından mühüm əhəmiyyət kəsb edir".

Fact-info.az xəbər verir ki, bu sözləri amerikalı politoloq, Oksford Universitetinin siyasət üzrə fəlsəfə doktoru, professor Devid Felsen APA-ya müsahibıəsində deyib

O, qeyd edib ki, Vaşinqton zirvəsi 1994-cü ildə atəşkəs elanından sonra Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən ən yüksək səviyyəli görüş oldu. “ABŞ prezidentinin uzun illər davam edən, xüsusən də 2020-ci ilin İkinci Qarabağ müharibəsi və 2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən sonra gərginləşmiş münasibətlər fonunda bu iki ölkəni bir masa arxasına toplaması diplomatik baxımdan böyük nailiyyətdir. Sammitin əsas nəticəsi olaraq müharibəni başa çatdıracaq və iki ölkə arasında sülh münasibətlərinin bərqərar edilməsini təmin edəcək müqaviləsinin imzalanması gözlənilir.”

Professorun qənaətinə görə, bu sənəd yalnız Cənubi Qafqaz regionunun daha da sabitləşməsinə deyil, həm də ABŞ-ın strateji maraqlarına xidmət edəcək: “Belə ki, regionun Rusiyanın təsir dairəsindən çıxarılması və iqtisadi-siyasi baxımdan Qərbə inteqrasiyası, xüsusilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi Vaşinqton üçün önəmli geosiyasi qazanclardır. Sammitdə ən çətin müzakirə mövzularından biri – Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantını təmin edəcək dəhliz məsələsi – uğurla razılaşdırıldı. Bu dəhliz həm Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında fasiləsiz əlaqəni təmin edəcək, həm də Türkiyəyə birbaşa quru yol açaraq regionda yeni nəqliyyat xəritəsi formalaşdıracaq. Bu, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan, lakin illərlə icrası uzanan maddənin reallaşması deməkdir.”

Dr. Felsen hesab edir ki, sammitin uğuru yalnız sülh sazişinin imzalanması ilə məhdudlaşmır.

“Qarşıdakı illərdə razılaşmanın davamlılığını təmin etmək üçün əlavə etimad qurucu tədbirlərin görülməsi vacibdir. Buraya Bakı–Naxçıvan–İrəvan–Qars istiqamətində yeni dəmir yolu və avtomobil yollarının inşası, Xəzər dənizi və Qara dənizi birləşdirən enerji-nəqliyyat layihələrinin genişləndirilməsi, SOCAR və beynəlxalq şirkətlərin regiona yatırımlarının artırılması daxildir. Bu sammit həm də Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. ABŞ, Avropa İttifaqı və Türkiyənin dəstəyi ilə imzalanacaq sülh müqaviləsi, 30 ildən artıq davam etmiş Azərbaycan–Ermənistan münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır,” deyə o, fikrini yekunlaşdırıb.




Baxış sayı: 90
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30