İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib. Fact-info.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.
Onun sözlərinə görə, Tehranda MAQATE baş direktorunun müavini Massimo Aparo ilə keçirilən görüşdə hazırkı şəraitdə əməkdaşlıq imkanları müzakirə olunub. Qəribabadi bildirib ki, görüş zamanı İran, İsrailin və ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumu zamanı agentliyin öhdəliklərini yerinə yetirməməsinə qarşı kəskin etiraz edib və MAQATE-nin bu məsələlərə yanlış yanaşmasının dəyişdirilməsini tələb edib.
MAQATE-nin İsrail və ABŞ-nin İran nüvə obyektlərinə zərbələrini pisləməməsi Tehranın kəskin tənqidinə səbəb olub. İran bu mövqeni agentliyin fəaliyyətinin siyasiləşdirilməsi kimi qiymətləndirib. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. Xarici işlər naziri Abbas Əraqçi isə iyulun 22-də bəyan edib ki, gələcəkdə agentlik müfəttişlərinin ölkəyə qayıtması istisna edilmir.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
