FACT-INFO.AZ » SİYASƏT » Skandinaviya ölkələrinin nüfuzlu nəşrində azərbaycanlı diplomatın məqaləsi dərc olunub
14-08-2025, 11:00 | SİYASƏT
Skandinaviya ölkələrinin nüfuzlu nəşrində azərbaycanlı diplomatın məqaləsi dərc olunub

Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun növbəti məqaləsi Skandinaviya ölkələrinin nüfuzlu nəşrlərindən biri olan “Aftonbladet”də dərc olunub və Ermənistanla Azərbaycan arasında sülh prosesində sıçrayışa həsr olunub. Fact-info.az xəbər verir ki, diplomat onilliklər boyu davam edən münaqişə, müharibə və nəticəsiz danışıqlardan sonra tərəflərin davamlı sülhə doğru həlledici addım atdığını qeyd edir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Birgə Bəyannaməni imzalayaraq, sülh yolu ilə nizamlanmanın yeni çərçivəsini təsbit ediblər, bununla da ATƏT-in Minsk qrupunun işinə son qoyublar.

Z.Əhmədov vurğulayıb ki, görüşün əsas yekunlarından biri Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin, eləcə də ölkələr arasında bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılması haqqında Sazişin paraflanmasıdır.

Diplomat genişmiqyaslı “Orta Dəhliz” təşəbbüsünün tərkib hissəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə - Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən təhlükəsiz quru dəhlizinə xüsusi diqqət yetirib.

Səfirin sözlərinə görə, TRIPP və “Orta Dəhliz” təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa, o cümlədən İsveç və Skandinaviya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar daha sürətli və etibarlı ticarət yollarını təmin edəcək, eləcə də qlobal təchizat zəncirləri üçün vacib olan regionda sabitliyi gücləndirəcək.

“Şimali Avropa mediasının İsveç və Şimali Avropa auditoriyalarına sülh prosesini olduğu kimi - gərgin diplomatik işin və yeni münasibətlər qurmaq üçün səmimi arzunun nəticəsi kimi dərk etmələrinə kömək etmək üçün unikal imkanları var”, - deyə səfir yazır.

Z.Əhmədov vurğulayıb ki, tarixi məqamın əhəmiyyəti əvvəlki münaqişənin tarixini qoruyub saxlamağa çalışanlar tərəfindən kiçilməməlidir. Bunun əvəzinə media region xalqları üçün yeni imkanlar açan real dəyişikliklərə diqqət yetirməlidir.

Sonda diplomat əmin olduğunu bildirib ki, Cənubi Qafqaz Vaşinqton sıçrayışını keçərək, gərginlik zonasından qitələr arasında körpüyə çevrilə biləcək.




Baxış sayı: 160
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30