FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "TRIPP-in Orta Dəhlizə inteqrasiyası Azərbaycan ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək"
10-08-2025, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
"TRIPP-in Orta Dəhlizə inteqrasiyası Azərbaycan ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək"

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Görüş zamanı əldə edilən tarixi uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin razılaşdırılmasıdır.

Fact-info.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) Analitik Qrupunun hazırladığı materialda bildirilib.

Qeyd olunub ki, bu razılaşma ilə Ermənistan, İkinci Qarabağ müharibəsindən sonra üzərinə götürdüyü daha bir mühüm öhdəliyi – şərti olaraq indiyədək “Zəngəzur dəhlizi” adlandırılan bağlantını təmin etmiş olacaq. Ermənistanda sülhə qarşı olan daxili qüvvələrin siyasi manipulyasiya alətinə çevrilmiş “Zəngəzur dəhlizi” termininin bundan sonra “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” kimi adlandırılması Azərbaycan üçün texniki məsələdir. Əsas odur ki, “Tramp sülh yolu” vasitəsilə ölkəmizin strateji hədəflərindən biri reallaşacaq və Azərbaycan Ermənistan ərazisi vasitəsilə özünün digər ərazisinə - Naxçıvana maneəsiz keçid əldə edəcək.

Xüsusilə vurğulanmalıdır ki, Ermənistanın postmüharibə dövründə Naxçıvana dəhlizin açılmasına qarşı çıxması, müxtəlif bəhanələr irəli sürməsi danışıqlar prosesinə mənfi təsir göstərən, qarşılıqlı etimadı azaldan amillərdən biri olub. Bu mənada, Vaşinqtonda əldə edilmiş razılaşmalar Ermənistan Konstitusiyasının ərazi iddialarına yol açan müddəalarının dəyişdirilməsindən sonra yekun sülh sazişinin imzalanmasına imkan verəcək. ABŞ Administrasiyası TRIPP-i kommersiya layihəsi kimi təqdim etsə də, bu təşəbbüsün geosiyasi çəkisi və strateji hədəfləri danılmazdır. Azərbaycanın eksklavı olan Naxçıvana maneəsiz nəqliyyat çıxışını təmin edəcək bu yolun 99 il müddətinə ABŞ-yə icarəyə verilməsi həm siyasi, həm də təhlükəsizlik baxımından Azərbaycan maraqlarına uyğundur.

Rəsmi Bakı kommunikasiya məsələsində qonşu İranın maraqlarını da nəzərə alaraq, “Şərqi Araz Dəhlizi” adlandırılan alternativ layihəni də həyata keçirir. Azərbaycan və İran arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində Araz çayı üzərində ikisi dəmir yolu, ikisi avtomobil yolu olmaqla yeni keçidlərin inşası nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra həm Naxçıvana, həm də digər istiqamətlərə yüklərin və sərnişinlərin fasiləsiz daşınması mümkün olacaq.

“Tramp sülh yolu” yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra digər ölkələr üçün də strateji əhəmiyyət daşıyır. 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək. Layihə Vaşinqtonun regionda ticarət yönümlü sülh konsepsiyasının tərkib hissəsi kimi də qiymətləndirilir. Strateji əhəmiyyəti isə regionda dayanıqlı sülhün təmin edilməsi, etimad mühitinin möhkəmləndirilməsi ilə ölçülür.

Rəsmi Vaşinqton bu təşəbbüslə tərəfləri bir masa arxasında toplayaraq sülh naminə iqtisadi əməkdaşlıq mexanizmlərini işə salıb. Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişəcək, ticarət axınlarını sürətləndirəcək, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək və vətəndaşlarımızın Naxçıvana, oradan isə Türkiyəyə səyahətinə şərait yaradacaq.

Vaşinqtondakı razılaşmalar həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, sərhədlərin açılmasına zəmin yarada bilər. Azərbaycanın strateji yanaşması logistika və nəqliyyat layihələri vasitəsilə regionda gərginliyi azaltmaq, münasibətləri iqtisadi əməkdaşlıq müstəvisinə keçirmək olub. TRIPP bu baxımdan yalnız Bakı və İrəvan üçün deyil, regionun digər aktorları üçün də maraqlıdır.

Ukrayna-Rusiya müharibəsi fonunda formalaşan yeni geosiyasi vəziyyət, nəqliyyat və yükdaşıma şirkətlərini təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni yollar bu baxımdan kifayət qədər əlverişlidir. Ekspertlərin hesablamalarına görə, TRIPP-in Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək. Layihə türk dövlətləri arasında iqtisadi-siyasi əlaqələri də möhkəmləndirəcək və Türkiyə ilə Orta Asiya üçün daha qısa alternativ yol təqdim edəcək.

“Tramp sülh yolu”nun reallaşması, uzun illər təcrid şəraitində qalan Ermənistan üçün də yeni imkanlar açır. Yolun istifadəyə verilməsi dayanıqlı sülhü təmin etməklə yanaşı, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli iqtisadi-ticari əməkdaşlığa zəmin yaradacaq. Geosiyasi rəqabət fonunda layihə həm siyasi və iqtisadi, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.




Baxış sayı: 100
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031