FACT-INFO.AZ » MƏDƏNİYYƏT » XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin kitabı Ankarada çap edilib
13-08-2025, 11:00 | MƏDƏNİYYƏT
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin kitabı Ankarada çap edilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti nəşr layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yaradıcılığı ilə milli-mənəvi dəyərlərə, gələcək nəslin maarifçi ruhda yetişməsinə xidmət etmiş, Azərbaycanın Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi, dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyevin pyesləri və teatr əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap edilib. Əsərlərin tərcüməçiləri türkiyəli gənc tərcüməçi Atabey Barış və azərbaycanlı-alim Təranə Həşimovadır.

Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyevin pyeslərinin Türkiyə türkcəsində nəşri, həm Azərbaycan ədəbiyyatını öyrənmək arzusunda olanlar, həm də ədəbiyyatımızı tədqiq etmək istəyənlər üçün mühüm mənbə olacaq.

Bundan başqa, nəşr Türkiyə teatrlarında Azərbaycan müəlliflərinin əsərlərinin səhnələşdirilməməsi yolunda da yeni imkanlar açacaq.

“Abdurrahim bey Hakverdiyevin tiyatro eserleri” (“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”) adlı kitabda ədibin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağac kölgəsində”, “Kimdir müqəssir”, “Ədalət qapıları” və başqa pyesləri öz əksini tapmışdır. Nəşrdə dramaturq Əbdürrəhim bəy Haqverdiyevin həyatı və ədəbi fəaliyyətini əks etdirəm fotolar də yer alır.

Kitabda qeyd olunur ki, Azərbaycan dramaturgiyasında XIX əsrin sonlarından başlanan maarifçiliyin növbəti mərhələsində ədəbi yaradıcılığa başlayan tanınmış Azərbaycan dramaturqu, realist ədəbiyyatımızın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyev zəngin ədəbi fəaliyyəti, dram əsərləri, yumoristik və satirik hekayələri ilə məşhurlaşmış, ədəbiyyatımıza mühüm töhfələr vermişdir. Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Azərbaycanda milli dramaturgiyası, teatr mədəniyyəti, Şərqin teatr məktəbinin inkişafı və türk xalqları arasında ədəbi əlaqələrin yüksəlişində müstəsna xidmətlər göstərib.

Nəşrin Türkiyədə təqdimatı və aparıcı kitabxanalara, elm-tədris müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulur.




Baxış sayı: 125
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30