Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun qərarı ilə nəşr olunmuş 366 səhifəlik kitabda ana dilimizin tarixi, Azərbaycanın qədim tarixi kökləri, şifahi ədəbi dilin təşəkkülü, dilimizin mənşəyi və digər məsələlər araşdırılır.
Kitabda yer almış “Protoazərbaycan dili dövründə dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri”, “Albaniya, Atropatena-Azərbaycan xalqının və dilinin təşəkkülü”, “Atropatena dövləti, atropatenalıların etnik tərkibi və dili”, “Azərbaycanın şifahi ədəbi dilinin təşəkkülü (V-VIII əsrlər)” mövzusunda elmi məqalələrdə Azərbaycanın mədəniyyəti, dili, dini, mənşəyi ilə bağlı müqayisəli təhlillər aparılıb. Müəllif bu nəşrdə tarixi mənbələrimiz olan “Kitabi-Dədə Qorqud” dastanları, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərlərindən, qədim daş kitabələrdən, “Avesta”dan və başqa mənbələrdən istifadə edib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Seyfəddin Rzasoydur.
Baxış sayı: 2 349
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

