FACT-INFO.AZ » XƏBƏR » Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin edilib
27-12-2019, 19:15 | XƏBƏR
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı, Xaçmaz, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, İmişli, Zərdab, Tərtər, Saatlı, Sabirabad, Cəlilabad və digər rayonlarda yeni tikilmiş 81 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verib.

Evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində vətəndaş rifahının təminatı, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılır. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən, onların rifahına ciddi dəstək olan islahatlar reallaşdırılmaqla, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər, o cümlədən müharibə əlillərinə sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz artırılıb, şəhid ailələri üçün aylıq təqaüdlər 242 manatdan 300 manata çatdırılıb.

Dövlət başçısının şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramları ildən-ilə geniş vüsət alır. Həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilib. 2019-cu ildə isə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan 815-i artıq verilib. Qalan mənzil və fərdi evlərin də yaxın günlərdə verilməsi təmin ediləcəkdir. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7471 mənzil və fərdi ev təqdim edilib. Bütün bunlar ölkəmizdə həssas qruplardan olan vətəndaşlara, xüsusilə şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının daim artdığını təsdiq edir.

Yeni fərdi yaşayış evləri təqdim edilən şəhid ailələrinnin üzvləri və Qarabağ müharibəsi əlilləri onların maddi təminatlarının, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlara, yeni fərdi evlərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.




Baxış sayı: 822
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031