FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar
Bu gün, 14:30 | TƏDQİQATLAR-ANALITIKA
Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar

Xəzərşünas alimlər dənizin səviyyə tərəddüdlərini 30–35 il davam edən dövrlərə ayıraraq, bu dəyişikliklərin Yer-Günəş əlaqələri ilə bağlı ola biləcəyi qənaətinə gəliblər.

Fact-info.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Günəş fəallığının 11 illik siklləri Xəzərin səviyyəsində orta hesabla 30–35 il davam edən tərəddüdləri tam izah etmir. Bununla belə, həmin dövrlərdə müşahidə olunan qısamüddətli qalxma və enmələri Günəş fəallığının 11 illik sikllərinin yüksəlmə və enmə mərhələləri ilə əlaqələndirmək mümkündür. Bu istiqamətdə aparılan bir sıra tədqiqatlar müsbət nəticələr verib.

“Azərbaycanda güclü leysan və sel hadisələrinin yaranma səbəblərini təhlil edərkən əldə etdiyim nəticələr də bu problemin araşdırılması və qarşıya qoyulan məqsədə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə alim bildirib.

Tədqiqatın nəticələrindən danışan H.Nəbiyev qeyd edib ki, atmosfer sirkulyasiyası epoxalarının orta davamiyyəti Günəş fəallığının tərəddüd dövrünün orta göstəricisinə – 11,1 ilə yaxındır. Bununla belə, atmosfer sirkulyasiyasının tipləri ilə Günəş fəallığı arasında korrelyativ əlaqələrin zəif olması əlavə araşdırmaların aparılmasını zəruri edir. Bunun əsas səbəbi Günəş fəallığının atmosfer dövranına təsir mexanizminin mürəkkəbliyi və bu prosesin bir sıra təfərrüatlarının hələ də tam öyrənilməməsidir. Bu sahədə aparılan tədqiqatların nəticələri də hələlik Günəş fəallığı ilə atmosfer sirkulyasiyası arasındakı əlaqəni tam və birmənalı şəkildə təsdiqləmir.




Baxış sayı: 75
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30