FACT-INFO.AZ » AKTUAL » Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib
Bu gün, 11:00 | AKTUAL
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib

Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində tanınmış Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “G‘arbiy Ozarbayjon: xotiramizda yashayotgan yurt yerlari” (“Qərbi Azərbaycan: yaddaşımızda yaşayan yurd yerləri”) kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Kitab Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə edilərək nəşr olunub. Nəşrin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi yaddaşın, zəngin mədəni irsin və xalqımızın doğma yurd yerlərinə dair xatirələrinin özbək oxucularına çatdırılmasıdır.

Təqdimat mərasimində universitetin rəhbərliyi, elm və təhsil nümayəndələri, alimlər, şairlər, tərcüməçilər, müəllimlər, tələbələr və ədəbi-mədəni ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru, fəlsəfə doktoru, dosent Sanjar Adilov Azərbaycan və Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından bəhs edib. O, Azərbaycan müəlliflərinin əsərlərinin özbək dilində nəşrinin xalqlarımızın bir-birinin tarixi və mədəni irsini daha yaxından tanımasına xidmət etdiyini, belə layihələrin universitet mühitində həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə çıxış edən səfir Rəşad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki qardaş ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə yüksəldiyini, mədəni-humanitar əməkdaşlığın genişləndiyini vurğulayıb. Diplomat Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu, azərbaycanlıların doğma yurd yerləri ilə bağlı xatirələrinin, tarixi və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd edib. O, bu mövzuda əsərlərin xarici dillərdə nəşrinin Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından mühüm rol oynadığını bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli XX əsrin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi faciələr və deportasiyalar nəticəsində qədim ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın yurd nisgilinin, vətən həsrətinin və doğma torpaqlara bağlılığının yüksək ədəbi-bədii dillə oxuculara çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, professor Mahirə Hüseynovanın əsərinin özbək dilində nəşri bu ağır tarixi yaddaşın özbək oxucularına çatdırılmasına və Qərbi Azərbaycanın tarixinin tanıdılmasına töhfə verəcək.

Təqdimatda professor, filologiya elmləri doktoru Marufcan Yoldaşov, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Saodat Muhamedova, eləcə də kitabın özbək dilinə tərcüməçisi, tərcüməçi-publisist Nasiba Abduzoirova çıxış ediblər. Onlar tarixi yaddaşın və ortaq mədəni irsin qorunmasının, Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafının, həmçinin kitabın özbək dilinə tərcüməsinin əhəmiyyətini vurğulayıblar.

Kitabın müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında əsərin ərsəyə gəlməsindən, Qərbi Azərbaycan mövzusunda apardığı araşdırmalardan və tarixi yaddaşın qorunmasının vacibliyindən danışıb. Müəllif doğma yurd yerləri ilə bağlı xatirələrin, tarixi toponimlərin və mədəni dəyərlərin öyrənilərək gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O, kitabının özbək dilində nəşrinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və layihənin həyata keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib.

Təqdimat mərasimində kitabın elmi və mənəvi əhəmiyyəti, Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin inkişafı, ortaq tarixi-mədəni dəyərlərin təbliği və bu istiqamətdə yeni nəşr layihələrinin həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.




Baxış sayı: 75
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30