FACT-INFO.AZ » XƏBƏR » 12 noyabr – Konstitusiya Günü
Bu gün, 18:30 | XƏBƏR
12 noyabr – Konstitusiya Günü

XX əsrin əvvəllərində müstəqilliyini elan etmiş və cəmi 23 ay mövcud olmuş AXC dövləti əsas Qanunu olan Konstitusiya qəbul edə bilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının tarixi SSRİ tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası Respublikamızın SSRİ-nin tərkibinə qəbul edildikdən sonra, 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1925-ci ildə isə SSRİ-nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər qəbul edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilmişdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nın sonuncu Konstitusiyası qəbul edilir. Məhz Ulu öndər Heydər Əliyevin təklifi ilə qəbul edilmiş bu Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" qeyd edilir. Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. 1993-cü ildə Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra, 1995-ci ildə 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktına zidd olmayan hissələr saxlanılmaqla yeni Konstitusiya qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Həmin vaxt səs verənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Bununla da Azərbaycanın Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu Öndər Heydər Əliyevin 1996-сı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə və vətəndaş cəmiyyətinin bərqərar olunmasına və sair bu kimi nəaliyyətlər təsbit olunmuşdur.

Dəyişən sosial-siyasi reallıqlar səbəbindən və əldə olunmuş nəailiyyətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib. 2016-cı il sentyabr 26-da keçirilmiş referendumda Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə edir.

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətlərinin artırılmasına yönəlmişdir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor




Baxış sayı: 0
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30