FACT-INFO.AZ » İQTİSADİYYAT » COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub
Dünən, 14:30 | İQTİSADİYYAT
COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub

Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 31-ci Tərəflər Konfransı (COP31) beşinci günündə “Maliyyə və ticarət” mövzusu ilə davam edir.

Günün əsas diqqət mərkəzində iqlim fəaliyyətinin maliyyələşdirilməsi, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, dayanıqlı ticarət mexanizmlərinin inkişafı və beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri dayanır.

Tematik gün çərçivəsində dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, özəl sektorun, biznes dairələrinin və ekspertlərin iştirakı ilə müzakirələr aparılır. Tədbirlərdə ticarət siyasətinin iqlim məqsədlərinə uyğunlaşdırılması, aşağıkarbonlu iqtisadiyyatın qurulması, dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşdırılması, eləcə də yaşıl investisiyaların təşviqi məsələləri nəzərdən keçirilir.

COP31 sədrliyi və Türkiyənin Ticarət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən proqramda iqlim siyasəti ilə beynəlxalq ticarət arasında əlaqələrin gücləndirilməsi, ölkələrin təcrübə mübadiləsi və praktiki həll yollarının müəyyənləşdirilməsi əsas istiqamətlərdəndir.

Günün açılış tədbirində COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, Türkiyənin ticarət naziri Ömər Bolat və COP30-un prezidenti Andre Korrea do Laqo iştirak ediblər. Yüksəksəviyyəli müzakirələrdə iqlim siyasəti, ticarət və rəqabət qabiliyyətinin uzlaşdırılması, beynəlxalq koordinasiyanın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Proqram çərçivəsində, həmçinin iqlim maliyyələşdirilməsinin səmərəliliyi, yaşıl texnologiyaların tətbiqi, sənayenin karbonsuzlaşdırılması və inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxış imkanları müzakirə olunur.

Qeyd edək ki, COP31-in növbəti tematik günü noyabrın 14-də “Uşaqlar, gənclər, təhsil və bacarıqlar” mövzusuna həsr ediləcək.




Baxış sayı: 70
Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb Dünən, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub Dünən, 14:30 Media və Yayım Şurası açıqlama yayıb Dünən, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb Dünən, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi Dünən, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək Dünən, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub Dünən, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib Dünən, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb 11-11-2026, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 11-11-2026, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib 11-11-2026, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib 11-11-2026, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30