FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
Bu gün, 10:00 | MƏDƏNİYYƏT
“IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

Moskvada “IRS-Naslediye” jurnalının növbəti nömrəsi nəşr olunub. Nömrənin əsas mövzusu Azərbaycanda silah istehsalının tarixi, sənətkarlıq ənənələri və silahın xalq mədəniyyətindəki yeridir.

Jurnalın baş redaktoru Musa Mərcanlı “Silah: tarixdən müasirliyə” adlı baş məqaləsində mövzunun Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Qələbənin növbəti ildönümü ilə bağlı seçildiyini qeyd edir. Jurnalın bu nömrəsi Bakıda keçiriləcək “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi-praktik konfrans ərəfəsində hazırlanıb.

Nəşrdəki məqalələrdən biri Azərbaycan qəhrəmanlıq eposu olan “Koroğlu”dakı qılınca həsr olunub. Müəllif dastanı soyuq silahın ən qədim növlərindən biri haqqında məlumat verən mənbə kimi araşdırır.

Digər məqalədə Azərbaycanda geniş yayılmış qədim Şərq silahı olan şəmşirdən bəhs edilir. Burada şəmşirlə bağlı rəvayətlərə və bu silahın bədii xüsusiyyətlərinə xüsusi diqqət yetirilir.

Jurnalın yeni nömrəsinə, həmçinin Naxçıvanda silah sənətkarlığının tarixinə və Azərbaycan Milli Tarix Muzeyinin ekspozisiyasında nümayiş etdirilən Qarabağ xanları nəslinə məxsus silah kolleksiyasına dair materiallar daxildir. Musa Mərcanlı qeyd edir ki, bu mövzuda dərc olunan məqalələrin əksəriyyətinin əsasını muzey ekspozisiyaları təşkil edir.

Nəşrdə Azərbaycanın tarixi və mədəniyyətinə dair digər məqalələr də yer alıb.




Baxış sayı: 45
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30