FACT-INFO.AZ » XƏBƏR » G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər
Bu gün, 09:30 | XƏBƏR
G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Böyük yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Parisdə keçirilən görüşdə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və uzaqmənzilli silahların tədarükü sahəsində əldə olunan irəliləyişi müzakirə ediblər.

Fact-info.az xəbər verir ki, bu barədə görüşün yekunlarına dair G7 ölkələrinin Böyük Britaniya hökumətinin saytında dərc olunan birgə bəyanatında bildirilib.

“Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, sistemlərinin və raket-mərmilərin, uzaqmənzilli silahların, eləcə də onun hərbi istehsal imkanlarını genişləndirməsinə şərait yaradacaq lisenziyaların təqdim edilməsi istiqamətində əldə olunan irəliləyişi nəzərdən keçirdik”, - deyə bəyanatda qeyd olunub.

Nazirlər, həmçinin Ukraynaya hərbi yardımın göstərilməsi istiqamətində səyləri artırmaq niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, Kiyev daha əvvəl hava hücumundan müdafiə qüvvələri üçün raketlərin çatışmazlığı ilə bağlı dəfələrlə narahatlığını ifadə edib. Oktyabrın 15-də CNN telekanalı mənbələrə istinadən Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının tamamilə tükəndiyini bildirib.

Sonradan Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrinin PURL mexanizmi çərçivəsində ayırdığı vəsait hesabına alınan ABŞ istehsalı olan raketlərin tədarükündə gecikmələrdən şikayətlənib. O, Pentaqonun rəhbəri Pit Heqseti “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün bir ay gecikməsində ittiham edib.




Baxış sayı: 85
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30