FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır
Dünən, 17:00 | SİYASƏT
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa məkanında artan siyasi çəkisinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti göstəricisidir.

Fact-info.az xəbər ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, Azərbaycanın belə bir yüksəksəviyyəli siyasi platformada iştirakı ölkəmizin yalnız regional proseslərin iştirakçısı deyil, həm də Avropanın gələcək təhlükəsizlik və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaş olduğunu təsdiqləyir: “Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanın çoxşaxəli xarici siyasətinin, milli maraqlara əsaslanan praqmatik diplomatiyasının nəticəsidir. Bu gün Avropa ölkələrinin Azərbaycana marağının artması təsadüfi deyil. Bu marağın arxasında Prezident İlham Əliyevin beynəlxalq səviyyədə qazandığı yüksək şəxsi nüfuz, ölkəmizin iqtisadi və siyasi potensialı, enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də mürəkkəb regional məsələlərin həllində nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqe dayanır”.

Deputat bildirib ki, Dublin Sammiti çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemlə keçirilən görüş və Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi bu baxımdan xüsusi diqqətə layiqdir. Bu görüşün ən mühüm nəticələrindən biri iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadilə olunmasıdır. Sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirir. Əslində, bu münasibətlər uzun illərdir strateji tərəfdaşlıq xarakteri daşıyır. Lakin Bəyannamə mövcud əməkdaşlığın siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirir, gələcək münasibətlərin prioritetlərini müəyyənləşdirir.

S.Salmanova vurğulayıb ki, Dublin Sammiti Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından da əhəmiyyətlidir. Ermənistanla münasibətlərin normallaşdırılması, sülhün möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və regional əməkdaşlıq imkanları Azərbaycanın Avropa tərəfdaşları ilə müzakirə etdiyi mühüm məsələlər sırasındadır.

“Ölkəmiz regionda davamlı sülhün təmin olunmasını yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə dəstəkləyir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi ikitərəfli görüşlərin intensivliyi də Azərbaycanın artan diplomatik nüfuzunun göstəricisidir. Davos, Münxen və digər beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə aparılan müzakirələr ölkəmizə olan marağın konkret təzahürüdür. Xüsusilə, bir sıra görüşlərin qarşı tərəfin təşəbbüsü və müraciəti əsasında təşkil olunması Azərbaycanın etibarlı dialoq tərəfdaşı kimi qəbul edildiyini nümayiş etdirir.

Bütün bunlar göstərir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirən, müxtəlif siyasi mərkəzlərlə müstəqil və qarşılıqlı faydalı əməkdaşlıq quran dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini, tərəfdaşlıq əlaqələrinin genişlənməsini və milli maraqlarının qlobal səviyyədə daha effektiv müdafiəsini təmin edir”, - deyə S.Salmanova əlavə edib.




Baxış sayı: 100
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30