Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert izləyənlərə klassik musiqidən zövq almaq imkanı yaradıb. Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə italiyalı vokalçıların ifasında məşhur operalardan parçalar təqdim olunub.
İtaliyalı Marçello Rotanın dirijorluq etdiyi konsertdə “Le Div4's: “The Great Italy” qrupunun ifasında C. Verdinin “Traviata”, J. Bizenin “Karmen” operalarından partiyalar alqışlarla qarşılanıb. Cazibədar və istedadlı vokalçıların səs tembrlərinə uyğun seçilmiş musiqi parçaları - N. Rotanın “Otto e mezzo”, E. Di Kapuanın “O sole mio”, A. Bocellinin “La vie en Rose”, habelə “Besame Mucho”, "Quizas, Quizas, Quizas” kimi məşhur nümunələr tamaşaçıların ürəyincə olub.(Azərtac)
İtalyan qızların ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” isə daha çox yadda qaldı. Beləliklə, “Sarı gəlin”ə yeni çalar qatan gözəl səsli və səhnə duyumlu italyan xanımlar bakılı tamaşaçıların yaddaşında iz buraxa bildilər.
Baxış sayı: 2 279
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

