FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycan Nadir Əfşar dövləti” kitabı
3-01-2016, 21:35 | MƏDƏNİYYƏT
“Azərbaycan Nadir Əfşar dövləti” kitabı

Kitabın ilk səhifəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin yazılması, dünyaya, o cümlədən beynəlxalq elm ictimaiyyətinə düzgün çatdırılmasına dair azərbaycanlı alimlərə tövsiyəsi qeyd olunub.

“Aydınlar Ocağı”nda təşkil olunan təqdimat mərasimində Türkiyənin tanınmış ədəbiyyatçıları, məşhur elm və sənət adamları, tarixçilər, KİV nümayəndələri iştirak ediblər.

Böyük Azərbaycan hökmdarı, Şərqin son fatehi Nadir şah Əfşardan bəhs edən 400 səhifəlik “Azərbaycan Nadir Əfşar dövləti” kitabı nəfis tərtibatla İstanbulda nəşr olunub.

Təqdimat mərasimində “Aydınlar Ocağı”nın Anadolu bölməsinin rəhbəri, professor İbrahim Öztək, kitabın tərcüməçisi Cumhur Turan və başqaları çıxış ediblər. Onlar bildiriblər ki, müəllif kitabda Nadir şahın həyatı, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı müharibələr, nəhayət, şahlıq taxtına çıxması və s. əməli fəaliyyətini çoxsaylı tarixi faktlar əsasında araşdıraraq oxuculara çatdırır. Əsərdə Azərbaycan Əfşarlar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın şəxsi həyatı, bir dövlət adamı olaraq xarici və daxili siyasəti, sərkərdəlik məharəti, hərbi yürüşləri və dövlət quruculuğu istiqamətində həyata keçirdiyi bütün fəaliyyətləri qələmə alınıb. Kitabda azərbaycançılıq ideyası əksini tapıb, həmçinin türk dövlətlərinin 4 minillik tarixinə ekskursiya edilib. Kitabın türk dilində çap edilməsi onun daha çox sayda oxucu qazanması baxımından mühüm amil olduğu vurğulanıb. Bildirilib ki, bu, əsərə olan marağı daha da artıracaq və onun daha geniş coğrafiyada yayılmasına xidmət edəcək.

Çıxış edənlər əminliklə bildiriblər ki, “Azərbaycan Nadir Əfşar dövləti” elmi-publisistik kitabı Nadir şah dövrünü araşdıran, bu bölgənin dövlətçilik ənənələrinin, hətta mədəniyyətinin və digər dəyərlərinin tədqiqinə maraq göstərən mütəxəssislər üçün çox əhəmiyyətli mənbədir.

Kitabın daha bir dəyəri ondadır ki, müəllif hadisələri yalnız hansısa uzaq bir tarixi proses kimi təqdim etmir, həm də onu yaşayır. Hətta onu öz nəslinin tarixi kimi təqdim edir. Kitabda maraqlı, maraqlı olduğu qədər də oxunaqlı, unutmağa haqqımız olmayan bir tarix var. Müəllif Nadir şahla əlaqədar yazılmış əsas mənbələrə baş vurub, böyük təhlillər aparıb.

Mərasimdə çıxış edən Cahangir Hüseyn Əfşar kitabın yazılma səbəbləri, onun yüksək səviyyədə ərsəyə gəlməsi üçün istifadə etdiyi mənbələr barədə məlumat verib, əsərin türk dilində nəşrinin əhəmiyyətindən danışıb.

Müəllif təqdim olunan kitabın yazılmasını və başqa dillərə tərcümə olunmasını ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin kitab yaradıcılığının inkişafına göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirib. O qeyd edib ki, “Azərbaycan Nadir Əfşar dövləti” kitabını yazmaqda məqsədi Azərbaycanın zəngin dövlətçilik tarixi, xalqımızın enişli-yoxuşlu inkişaf yolu, qədim mədəniyyətimiz və öyrənilməsi bütün dünya üçün vacib olan dəyərlərimiz barədə oxuculara məlumat vermək olub. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlər kitabın yazılmasında ona yaxından kömək edib.

Nadir şahın təkcə yenilməz sərkərdə yox, eyni zamanda, qurucu, islahatçı kimi rəhbərlik etdiyi ölkədə hərtərəfli inkişafa nail olmaq üçün həyata keçirdiyi çoxistiqamətli tədbirlərin mahiyyəti barədə nadir mənbələrdən yeni-yeni faktlar bu tədqiqata cəlb olunub. Böyük zəhmət hesabına ərsəyə gələn bu kitab Nadir şah Əfşarın anadan olmasının 325 və qurduğu qüdrətli dövlətin 280 illiyinə həsr edilib.  (AZƏRTAC)

 

 

 

 




Baxış sayı: 2 289
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031