FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir
16-05-2019, 10:15 | TƏDQİQATLAR-ANALITIKA
ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Pompeo və Bolton: iki "qırğı"nın bir hədəfi

Ekspertlər Amerikanın xarici siyasətini təhlil edərkən daha çox ziddiyyətlərdən bəhs edirlər. D.Trampın Prezident seçilməsindən sonra dünyanın ən qüdrətli dövlətinin atdığı addımlarda uyğunluqdan çox, vahid mövqeni ifadə etməyən və qeyri-ardıcıl prosesin əlamətləri gözə çarpır. Bu qənaət həmin mövzuya həsr edilmiş analitik yazılarda çox müxtəlif əsaslara görə əldə edilir. Burada C.Nayın "Amerikanın yumşaq gücü"nü xarakterizə edən zaman gəldiyi nəzəri qənaətlərdən tutmuş "realpolitik"ə qədər geniş çalarlı yanaşmalar mövcuddur (bax: məs., Joseph S.Nye. American Soft Power in the Age of Trump / "Project Syndicate", 6 may 2019). Məhz onların ümumi mənzərəsi belə bir tezisi irəli sürməyə imkan verir: ABŞ-ın xarici siyasəti məqsəd və məzmunca ikiləşməyə doğru gedir!

Bunun səbəbi kimi D.Trampın komandasında vahid mövqenin olmaması göstərilir. Belə ki, Amerika rəhbərliyində "qırğılar" adlandırılan və çox sərt siyasi kursun tərəfdarı olan kadrlar üstünlük təşkil edirlər. İlk sırada M.Pompeonun və C.Boltonun adı çəkilir. Xarici siyasətdə özünü göstərən sərtləşmə həmin kadrlarla əlaqələndirilir. Belə bir fikir ifadə edilir ki, D.Tramp, əslində, başqa ölkələrə hərbi müdaxilənin tərəfdarı deyil. Onun İraqdan, Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxarmaqla bağlı verdiyi vədləri xatırladırlar. Doğrudan da, D.Tramp bu istiqamətdə addımlar atmağa cəhd göstərir. Lakin son anda hansısa qüvvə prosesin reallaşmasına mane olur.

Suriyada məhz belə oldu. Türkiyə Prezidenti R.T.Ərdoğanla telefon danışığında D.Tramp Suriyadan əsgərləri çıxaracağını vəd etdi. Ancaq ətrafdan ona güclü təzyiqlər oldu və fikrini hələlik həyata keçirməyib. Əksinə, yayılan informasiyalara görə, amerikalılar bir qədər başqa statusda Suriyada radikal qruplara yardım edirlər. İndi onlar qondarma dövlət qurmaqla məşğuldurlar.

İraqda da eyni vəziyyətdir. Vaşinqtonun bu ölkədən çəkilmək niyyəti yoxdur. Əksinə, İraqa indi qonşu ərazilərə hərbi nəzarət etmək məkanı kimi baxırlar. ABŞ-ın rəhbərliyi məhz İraqa gizli səfərlər edir, orada hərbçilərlə görüşür və faktiki olaraq, Yaxın Şərqin böyük bir ərazisinə nəzarətin məsuliyyətini onların daşıdığını ifadə edirlər. Əfqanıstanda analoji vəziyyət mövcuddur. Burada da Amerikanın hərbi qüvvələri ölkədəki vəziyyətə nəzarəti əldən vermək fikrində deyillər. Terrorla mübarizə adı altında müxtəlif üsullarla burada möhkəmlənməkdədirlər. Belə görünür ki, D.Tramp Əfqanıstandan da əsgərlərin çıxarılmasını reallaşdıra bilməyəcək.

Bütün bunlara son vaxtlar Venesuela və Sudan ətrafında yaranmış gərginlik də əlavə olunub. Daha çox Venesuela məsələsi Amerikanın xarici siyasətinin predmetinə çevrilib. Venesuelada hakimiyyət dəyişikliyinin baş tutmamasında D.Trampın M.Pompeonu və C.Boltonu günahlandırdığı bildirilir. Amerika Prezidenti isə C.Boltonun aqressivliyini cilovlamağa çalışdığından yazıb. Bu fikri əsas tutaraq, ekspertlər hesab edirlər ki, Vaşinqtonun siyasi kursunda ikiləşmə meydana gəlir. Yəni, artıq D.Tramp ətrafındakı "qırğılar"dan şikayətçidir.

Nəhayət, İran və Şimali Koreya məsələsində də fikir ayrılığından bəhs edilir. C.Bolton bir neçə gün öncə bəyanat vermişdi ki, Fars körfəzinə əlavə hərbi qüvvə göndərirlər və İran hər hansı addım atsa, "amansızcasına cavab veriləcək". "Amansızcasına" ifadəsi güzəşt etmədən və dərhal İrana hərbi zərbə endirilməsini nəzərdə tutur. Eyni ifadələri bir neçə ay öncə D.Tramp Şimali Koreya ilə bağlı da işlətmişdi. Onda ABŞ-ın dövlət başçısı Koreyanı xalq və dövlət kimi yer üzündən silə biləcəklərini demişdi. Bu da KİV-lərin etirazına səbəb olmuşdu. Lakin məhz bu cür çıxışdan sonra Şimali Koreya Amerika ilə danışıqlara başladı. İran isə bunu etmir. Onun fonunda sanki Vaşinqtonda "qırğılar"ın mövqeyi möhkəmlənir.

Dünya siyasəti: yeni risklər və xaosa rəvac verən amillər

Bununla yanaşı, yenə də Venesuela məsələsi "qırğılar"ın kefini pozur. Çünki D.Tramp Venesuelada Prezident N.Maduronun gücünü amerikalıların düzgün hesablamadığı qənaətinə gəlib. Konkret olaraq, "qırğılar"ın Prezidentə yanlış və şişirdilmiş məlumat verdiyi ifadə edilir. Onlar Venesuelada çox qısa bir zamanda hakimiyyəti dəyişə biləcəkləri haqqında D.Trampa danışıb onu inandırdılar. Hadisələr isə tamamilə başqa mənzərəni ortaya qoydu. Müxalifətin lideri hakimiyyət dəyişikliyinin baş tutmadığını etiraf edib və Vaşinqtondan yardım istəyib. Bununla Amerika hərbi müdaxilə edib-etməmək arasında seçim etməyə məhkum olub. Bunu reallaşdırmaq asan deyil. Çünki Venesuelaya hərbi yardım göstərən başqa böyük dövlətlər var.

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

Əslində, Vaşinqtonun xarici siyasətində vahid mövqenin olmadığını təsdiqləyən ən açıq nümunələrdən biri Amerikanın strateji müttəfiq adlandırdığı Türkiyəyə olan münasibətdir. Faktdır ki, son illər Türkiyə istiqamətində ABŞ rəhbərliyi ziddiyyətli addımlar atır. Bir tərəfdən Ankaranın strateji əhəmiyyətindən bəhs edir, digər tərəfdən isə həm Türkiyəyə qarşı olan terror qruplarına dəstək verir, həm də onu hərbi baxımdan müdafiəsiz buraxmağa istiqamətlənmiş addımlar atır. Konkret olaraq, Amerika Suriya və İraqda yuva salmış PKK, PYD/YPG terror qruplaşmalarını silahlandırır.

Eyni zamanda, Türkiyənin özünün hava hücumundan müdafiə sisteminin yaradılmasına ciddi şəkildə mane olmağa çalışır. ABŞ özünün istehsal etdiyi "Patriot" raket sistemlərini Ankaraya verməkdən imtina etdi. Əvəzində, Türkiyə Rusiyadan "S-400" raket komplekslərini aldı. Ancaq bu barədə müqavilə imzalanan kimi, Vaşinqton əks-hücuma keçdi. Onun addımlarından aydın olur ki, təzyiqlə Türkiyəni fikrindən döndərmək niyyətindədir. Lakin Türkiyə birmənalı şəkildə böyük dövlət olduğunu və suveren addımlar atdığını sübut etdi. Konkret olaraq, Ankara "S-400"-lərlə bağlı fikrini dəyişməyəcək. Bunu, deyəsən, amerikalılar anlamağa başlayıblar. İndi Vaşinqton Ankaraya dalbadal öz raket sistemlərini təklif edir. Çalışır ki, Türkiyənin özü bu cür sistemlər istehsal edə bilmək səviyyəsinə yüksəlməsin. Ekspertlər isə əmindirlər ki, Ankaranı heç kimsə mövqeyindən döndərə bilməyəcək. Bununla Türkiyə istiqamətinin ABŞ-ın xarici siyasətində möhkəm bir faktora çevrildiyini qəbul etmək lazım gəldiyi aydın olur.

Deyilənləri eyni məntiqi sapa düzdükdə, ekspertlərin gəldikləri qənaətin xeyli əsası olduğunu görürük. Doğrudan da, Vaşinqton xarici siyasətdə ardıcıl və ədalətli görünmür. Bu sahədə çalışanlar arasında fikir ayrılığı getdikcə daha qabarıq surətdə özünü göstərir. Bütün prinsipial məsələlərdə Amerikanın atdığı addımlar meydana əlavə çətinliklər çıxarır.

Bu, Avropada, Afrikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə özünü göstərir. Belə çıxır ki, məsələ Amerika üçün ciddi məzmun kəsb etməyə başlayıb. Yaxın Şərqdə müəyyən siyasi qüvvələrin maraqlarına uyğun siyasət yeritmək, yalnız gizli dairələrdə rəğbət oyada bilər, lakin bu, Amerikanın dünyanın ən qüdrətli dövləti imicinə ciddi zərbədir. Əsrlərdir, dünya miqyasında fəaliyyət göstərib, ədalətli mövqe tutmağa çalışan bir ölkənin indi hansısa məhdud dairələrin təsiri altında olması liderliyə başucalığı gətirmir. Hətta həmin dairənin adı "qırğı" olsa belə! Bizcə, Amerikanın xarici siyasətində ikiləşmə yaradan bu faktorun zərəri getdikcə daha çox ola bilər.

Newtimes.az




Baxış sayı: 1 497
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30