Türkiyənin Antaliya şəhərində Beynəlxalq Avrasiya Sənət Kültur ve Ədəbiyyat Dərnəyinin basqanı Savaş Unsalın təşkilatçılığı ilə 16 türk dilli dövlətdən 250 nəfərin iştirakı ilə3 gün müddətində tədbir keçirildi. Bir sıra türk xalqlarının o cümlədən Azərbaycan şairlərinin şeirlərindən ibarət kitab çap olunub.
Həmin tədbirə qatılan şairə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədr müavini, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin üzvü Dilbər Sultanova Fact-info.az-a açıqlamasında bildirib: “Tədbirin açılışında Azərbaycanın milli faciəsi olan Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra Türkiyəmlə Azərbaycan şeirimi söylədim. Tədbir iştirakçılarına erməni vəhşiliyi və ümumilikdə milli faciələrimiz haqqında informasiyalar çatdırmağa çalışdım. Sonrakı görüşlərimizdə də bu prosesi davam etdirdik. Onu da qeyd edim ki, həmin tədbirə mənimlə birgə Aqil Məmmədov, Vaqif Nəcəfzadə, Fərqanə Mehdiyeva və digər qələm sahibləri qatılmışdılar. Ümumilikdə Azərbaycandan həmin tədbirdə 35 nəfər iştirak etdi”.
Fact-info.az
Baxış sayı: 2 491
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

