Akisyanın açılışı dekabrın 18-də saat 18:00-da baş tutacaq və 19, 20-i tarixlərində də davam etdiriləcək. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.
Xeyriyyə aksiyasında “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçiriləcək. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləmişdir. Qeyd edək ki, müəllif bu sənətə kiçik yaşlarından maraq göstərmişdir.
Muzeyin direktoru Tağıyeva Röya xanımın qeyd etdiyi kimi sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval- rühiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Sərgi – aksiya 19 və 20 dekabr 2015-ci il tarixlərinədək saat 10:00-dan 20:00-dək davam edəcək.
Baxış sayı: 2 386
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

