“Theatre des Abbesses” zalında keçiriləcək konsertdə Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edəcək. Paris “Theatre de la Ville” teatrı ötən əsrin 90-cı illərindən Azərbaycan muğam ifaçılarını hər il proqramına daxil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşında əbədi həkk olunub. Teatrın internet səhifəsində Azərbaycan muğam ifaçıları, eləcə də muğamımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən yazılıb. Yeni nəsil muğam ifaçıları formalaşdığı bildirilib. “Theatre de la Ville” ABŞ, Hollandiya, İtaliya və digər ölkələrlə mədəniyyət layihələri həyata keçirir.(Azərtac)
Baxış sayı: 1 501
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

