Bu fikirləri Strasburqda Avropa Parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş tədbirdə qurumun ölkəmiz üzrə məruzəçisi və Rumıniyadan olan üzvü Norka Nikolai AZƏRTAC-a müsahibəsində söyləyib. Azərbaycan-Rumıniya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən rumıniyalı deputat tədbirin Avropa Parlamentində keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. “AXC-nin 100 illiyinin Strasburqda Avropa Parlamentində qeyd edilməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təcəssümüdür. Bu tədbirdə nümayiş olunan sənədli film ölkənizin son bir əsrdəki dövlətçilik tarixi, keçdiyi çətin yol, müasir nailiyyətləri haqqında ətraflı məlumat verdi. Azərbaycan rəhbərliyini, xalqını 100 illik bayram münasibəti ilə təbrik edirəm. Müstəqilliyiniz əbədi olsun”, - deyə N.Nikolai bildirib.
Baxış sayı: 1 466
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

