FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
13-12-2018, 10:40 | MƏDƏNİYYƏT
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Ölkəmizin Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan təqdimatda Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avstriyanın dövlət qurumlarının təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Filmin ideya rəhbəri, tanınmış diplomat Ramiz Abutalıbov və filmdə Məhəmməd Məhərrəmov rolunu canlandıran rejissor Tahir Əliyev tədbirə fəxri qonaq qismində qatılıblar. Tədbirdə çıxış edən ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında əvəzsiz xidmətləri olmuş şəxslərin fəaliyyətinə nəzər salıb. Qeyd edilib ki, 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına yola düşən nümayəndə heyəti bir daha Vətənə qayıda bilməyib, qısamüddətli səfər ömürlük ezamiyyətə çevrilib.

Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, milli azadlıq ideyasını Azərbaycan xalqının qəlbindən silmək mümkün olmayıb. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı ölkənin müqəddəratı naminə müdrik addım ataraq, dahi rəhbər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edib. Bu gün vəfatından 15 il ötən ümummilli lider Heydər Əliyevin uzaqgörən və strateji siyasəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sənədli filmin ideya müəllifi, görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı Ramiz Abutalıbov çıxışında filmin yaranma tarixçəsindən və əsas məfkurəsindən bəhs edib. Qeyd olunub ki, bədii çalarlarla zəngin sənədli filmdə Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin hər bir üzvü bir aktyor tərəfindən canlandırılıb. Hələ Parisdə UNESCO-da işlədiyi dövrdə nümayəndə heyətinin həyatda olan yeganə üzvü Məhəmməd Məhərrəmov ilə şəxsən tanış olduğunu qeyd edən R.Abutalıbov filmdə Azərbaycan siyasi mühacirətinin bu görkəmli şəxsiyyətinin obrazının tanınmış rejissor Tahir Əliyev tərəfindən canlandırıldığını deyib.

Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin baş prodüseri Arzu Əliyevadır. Bakı, Tbilisi, Moskva və Parisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi əks olunub. (Azərtac)




Baxış sayı: 1 456
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031