Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirin bağlanış mərasimi keçirilib. Mövzu və konsepsiyasına görə Mədəni irsin qorunması, inkişafı, mədəni turizm, muzey, inklüziv mədəniyyət, yaradıcı və innovativ mədəniyyət məsələlərini əhatə edən tədbirə Avstriyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində Avropa Şurası, Avropa Birliyinin aidiyyəti komissiyaları ilə yanaşı, Avropa İrs Günləri, Europeana, Europe Nostra kimi bir sıra beynəlxalq layihələr tərəfdaşlıq edir. Tədbir çərçivəsində Avropa İlinin müzakirəsi, mədəniyyət siyasətinə həsr olunmuş sessiyalar və Vyana şəhərində fəaliyyət göstərən muzeyləri və mədəni irs istiqamətlərini əhatə edən xüsusi marşrutların təqdimatı keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin əməkdaşları Nərgiz Abdullayeva və Qasım Şirinli təmsil ediblər.
Rəsmi açılış mərasimində Avstriyanın incəsənət, mədəniyyət və media naziri Gerno Blumel, Avropa Parlamentinin Mədəniyyət və Təhsil Komitəsinin sədri Petra Kammerevert, Təhsil, Mədəniyyət, Gənclər və İdman müvəkkili Tibor Navracsiks iştirak ediblər. Tədbirlərdə Mədəni İrs üzrə e-tvinninq sahəsində ən yaxşı layihələrin təltifetmə mərasimi keçirilib və qaliblər Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, tədbirlərdə Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrinin sahə üzrə təşkilatları və mütəxəssisləri iştirak edib. Mədəniyyət Nazirliyinin nümayəndələri Avropa Komissiyasının Mədəniyyət və Yaradıcılıq direktoru Mişel Maqnier ilə görüşüb və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Baxış sayı: 1 399
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

