FACT-INFO.AZ » MƏDƏNİYYƏT » UNESCO-da Azərbaycanla bağlı mühüm qərar
7-12-2018, 10:15 | MƏDƏNİYYƏT
UNESCO-da Azərbaycanla bağlı mühüm qərar

Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər.

Bu sözləri Milli Kitabxanada Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov deyib. Azərbaycanın cari ilin iyun ayında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd ili üçün üzvü seçildiyini bildirən İ.Hümbətov qeyd edib ki, ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələri barədə məlumat verib. Söyləyib ki, sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahlarına daxil edilmiş fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib. Bunlardan 16-sı Təcili Qorunmaya Ehtiyacı olan hesabatlardır. Eyni zamanda, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 40 nominasiya və Təcili Qorunmaya Ehtiyacı olan siyahıya daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 7 nominasiyalar sessiya zamanı müzakirə olunmaqla müvafiq qərarlar qəbul edilib.

“UNESCO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirildi. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə vakant yerlərə seçkilər oldu. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş seçki kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq üzv seçildi. Bu bir daha UNESCO üzv ölkələri tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımız qəbul olundu. Eyni zamanda, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Ölkəmizlə bağlı bu müsbət qərar qəbul edildikdən sonra, UNESCO-nun bir çox üzv ölkələri Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq təbrik etdilər.

Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək, Komitənin işini siyasiləşdirirdi və bu davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Bu isə öz növbəsində Komitədə ciddi narahatlıq və narazıçılığa səbəb oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan Komitədə böyük nüfuza malik bir ölkədir. Ölkəmiz Komitənin digər sessiyalarında olduğu kimi, bu dəfə də sessiyanın gündəliyinə öz müsbət töhfəsini verdi”, - deyə Elnur Sultanov vurğulayıb.

E.Sultanov qeyd edib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə - Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi olub. Bu tarixi hadisənin Azərbaycanın bir daha dünyada artan nüfuzunun göstəricisi olduğuna diqqət çəkən E.Sultanov vurğulayıb ki, ölkəmizin UNESCO ilə sıx əməkdaşlığın genişləndirilməsi və mədəni irsimizin qorunması və dünya miqyasında təbliği Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir.

Diplomat xüsusi qeyd edib ki, sessiya zamanı UNESCO Katibliyi və Qvatemala tərəfi çıxış edərək, Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini bildiriblər. “Etimad Fondu” 2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” əsasında yaradılıb.

Sözügedən nominasiya sənədinin Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğunu bildirən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib ki, namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələrin UNESCO səviyyəsində qorumağına çalışmaqdır.

V.Eyvəzzadə diqqətə çatdırıb ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.

“Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirdi.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən–ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır”, - deyə Vasif Eyvəzzadə qeyd edib.




Baxış sayı: 1 462
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031