Tədbiri Yasamal rayon MKS-nin direktoru, UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova açaraq tanınmış xanəndə Xan Şuşinskinin ifaçılıq məharətindən və ona həsr edilən kitab barədə fikirlərini bölüşüb. Bildirib ki, 75 il bundan öncə, 1943-cü ildə Moskvadan Bakıya folklor sənətini tədqiq edən bir qrup musiqişünas-professor heyəti gəlir. Xan Şuşinski onlar üçün “Mahur-Hindi” muğamını oxuyanda musiqişünaslar onun güclü səsinə və geniş diapazonuna yüksək qiymət verirlər.
Sonra Xan Şuşinskiyə həsr olunmuş “Şuşa dağlarının Xanı” adlı videoçarx nümayiş olunub. Tədbirdə akademik Telman Əliyev, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Xalq artisti Canəli Əkbərov və başqaları çıxış edərək Xan Şuşinskinin Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıblar. Tədbir bədii hissə ilə davam edib.
Baxış sayı: 1 514
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

