FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Londonda AXC-nin 100 illiyinə həsr olunan tədbir
30-10-2018, 22:40 | MƏDƏNİYYƏT
Londonda AXC-nin 100 illiyinə həsr olunan tədbir

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri, iş adamları iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxili və xarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.

Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib, hər iki ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirilib, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

Böyük Britaniya hökumətinin Lordlar Palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, 100 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirib. Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Emma Nikolson ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan Lordlar Palatasının üzvü ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığının səviyyəsindən razı olduğunu bildirib və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Londona son səfərini xüsusi qeyd edən xanım Nikolson bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.

Baronessa Emma Nikolson deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin Londonda qeyd edilməsi çox mühüm hadisədir: "Biz Azərbaycanda demokratiyanın təntənəsinə yığışmışıq. Bu gün Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələr yüksək səviyyədədir. Bir daha təbriklərimi çatdırıram". Kensington və Çelsi bələdiyyəsinin müşaviri Gerard Hargreaves qeyd edib: "Təmsil etdiyim qurum adından Azərbaycanı 100 illik yubiley münasibətilə təbrik edirəm. Bu tədbirdən zövq almaqla yanaşı, ölkənizin tarixi haqqında bir sıra məlumatlar öyrəndim. Burada nümayiş olunan filmdə Azərbaycanın coğrafiyası, mədəniyyəti, zəngin təbiəti haqqında ətraflı məlumat verilib. Bir daha Azərbaycan xalqını təbrik edirəm".

Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Çarlz Evans bildirib ki, burada olmaq böyük şərəfdir: "Azərbaycan xalqını bu önəmli gün münasibətilə təbrik edirəm. Ölkənizə növbəti 100 illikdə də uğurlu inkişaf arzulayıram. Londonda Azərbaycanla bağlı keçirilən tədbirlərdə mütəmadi iştirak etməkdən şərəf duyuram. İndi də burada olduğum üçün çox şadam. Möhtəşəm tədbirdir".

Lordlar Palatasının digər üzvü Con Devid Kilkluni deyib: "Mən 20 ildir ki Azərbaycanın dostu olmaqdan şərəf duyuram. Həm Avropa Parlamentində, həm də Avropa Şurasında çalışdığım illərdə həmişə Azərbaycanın haqq səsini müdafiə etmişəm. Ölkəniz Avropa Şurasına üzv qəbul olunanda mən bütün proseslərin bilavasitə iştirakçısı idim. Ondan sonra ölkənizdə mütəmadi səfərlərdə olmuşam. İllər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini görmək çox xoşdur. Ölkənizlə bağlı xüsusi məqamı qeyd etmək istərdim: Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir. Bu, dünyaya nümunə ola biləcək bir məqamdır".




Baxış sayı: 1 456
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik Dünən, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür Dünən, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Dünən, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib Dünən, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30