Tədbir ölkəmizdə ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub. Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi və tanınmış yazıçı Sayman Aruz klassik şeir janrının gənclər arasında yayılmasından, Nəsimi irsinin onların yaradıcılığına təsirindən söz açıblar.
AYB-nin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı Nəsimi yaradıcılığı və “Söz” layihəsinin yaradıcı gənc nəslin mənəvi tərbiyəsinə təsir imkanları haqqında məlumat verib, layihənin əruz ədəbiyyatının təbliğində vacib rola malik olduğunu vurğulayıb. Tədbir gənc şairlərin şeirlərinin səsləndirilməsi ilə davam edib. Sonda müsabiqənin laureatlarına diplom və hədiyyələr təqdim olunub. (Azərtac)
Baxış sayı: 1 469
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

