Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Uppsala şəhərinin Konsert və Konqres Zalının təşkilatçılığı ilə keçirilən festivalın məqsədi yerli auditoriyanı xarici ölkələrin klassik və milli musiqiləri ilə yaxından tanış etməkdir.
Azərbaycan Respublikasının Əməkdar artisti Fərqanə Qasımova da festival çərçivəsində konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan və Türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan milli musiqisi və muğam əsərləri tamaşaçıların böyük marağına səbəb olub.
Tədbirdən sonra Fərqanə Qasımova ilə görüşən səfir Adış Məmmədov uğurlu konsert münasibətilə xanəndəni təbrik edib, ona daha böyük yaradıcılıq uğurları arzulayıb. Ölkəmizdə musiqi mədəniyyətinin zənginliyindən söz açan səfir Azərbaycan xalq musiqisinin və muğamının xarici ölkələrdə də böyük maraq doğurduğunu vurğulayıb. Diplomat Azərbaycan muğamının dünyada tanıdılması işinə verdiyi töhfələrə görə Fərqanə Qasımovaya minnətdarlığını bildirib.
Baxış sayı: 1 476
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

