Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb. “Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.
Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.
Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır. Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır və bu siyasətin əsaslarını ulu öndər Heydər Əliyev müəyyən edib. Kitab alim və mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün də nəzərdə tutulub.
Baxış sayı: 1 541
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

