Reportajda sentyabrın 27-dən 30-dək gerçəkləşən festivalla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Azərbaycanda ilk dəfə təşkil olunub. Reportajda festivalın açılış mərasimində Xalq artisti Alim Qasımovun, Azərbaycan əsilli tanınmış britaniyalı müğənni Sami Yusufun ifalarına xüsusi yer verilir. Təqdim olunan ifalarda, bədii-musiqili kompozisiyalarda Şərqlə Qərbin vəhdəti, Nəsimi şeiriyyətinin əbədiyaşarlığının əks olunduğu vurğulanır. Görkəmli mədəniyyət xadimlərinin, musiqiçilərin qatıldığı festivalın maraqla qarşılandığı bildirilir. Həmçinin ölkəmizin multikulturalizmə və tolerantlığa verdiyi önəm qeyd olunur.
Baxış sayı: 1 501
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

