Tədbirdə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Özbəkistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO-nun himayəsi altında keçiriləcək forumda “Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq. Qeyd edək ki, makom – özbək musiqisində vokal-instrumental silsilədir.
Tədbir Oksaroy meydanında və ona yaxın ərazilərdə keçiriləcək. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil ediləcək, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı olacaq. Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq tellərinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib. Forumda Əməkdar artist, Milli Konservatoriyanın müəllimi, istedadlı tar ifaçısı Sahib Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Baxış sayı: 1 498
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

