FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “The Jerusalem Post” qəzeti Azərbaycandan yazır
16-08-2018, 08:00 | MƏDƏNİYYƏT
“The Jerusalem Post” qəzeti Azərbaycandan yazır

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Mən oturub fikirləşirdim: Azərbaycan Respublikası – Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsi, İsrailin Avrasiyada strateji tərəfdaşı dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilib. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifinin yazdığına görə, bu mövsümdə 80 illik yubileyini qeyd edən Yerusəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ildə Milli Radionun Orkestrinə çevrilib və “Kol Israel Orchestra” kimi tanınıb. 1970-ci illərdə orkestrin heyəti genişləndirilib və İsrail radiosunun Yerusəlim Simfonik Orkestrinə çevrilib. “X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyilə keçirilib.

Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib”, - deyə Arye Qut məqaləsində yazır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətində qeyd edilir ki, Azərbaycan xalqı öz mədəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.

Arye Qut məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq festivalın iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: “2018–ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti – bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir.

Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb… Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı" adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir.

Qəbələ festivalı onların arasında xüsusi yer tutur... Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır”.

Dünya şöhrətli dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıqlarını nümayiş etdirmək məqsədilə bir yerə toplaşırlar”.

Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: “Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının vətənidir. Yəhudi xalqı Azərbaycanda hər hansı diskriminasiya, sıxışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudi icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrlə bildirib”, - deyə Dmitri Yablonski əlavə edib.

Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqdır. “Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizmin və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması istiqamətində mühüm addımlar atıb”, - deyə Ştern qeyd edib.

Arye Qut məqaləsində diqqətə çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələrin sərhədlərini genişləndirməkdir. Təcrübə göstərir ki, bu cür tədbirlər özünü daha çox doğruldur.

Birincisi, incəsənətin istənilən forması kimi, musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən icad olunmuş bütün ciddi coğrafi və ərazi sərhədlərini aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib”, - deyə Arye Qut vurğulayır.

Məqalə müəllifinin fikrincə, Qəbələ festivalının özünəməxsusluğu həm də bu möhtəşəm konsertlərə sərbəst girişin olmasındadır. “Musiqisevərlər özlərinə yaxşı yer tutmaq üçün hər axşam kamera musiqisi zalının ətrafına yığışırdılar. Sonra insanlar daha böyük konsert üçün açıq səma altında quraşdırılmış səhnənin yerləşdiyi məkana toplaşdılar. Açıq səma altında konsertlər müstəsna dərəcədə populyardır. Bu konsertlərə faktiki olaraq o qədər tamaşaçı gəlmişdi ki, festivalın təşkilatçıları bir neçə dəfə yük maşınlarında əlavə stullar gətirərək onları səhnəyə baxan yaşıl yamacda quraşdırmalı oldular. Hər konsert səmimi alqışlarla başa çatırdı”, - məqalə müəllifi nüfuzlu “The Jerusalem Post” qəzetində belə yazır.

Arye Qutun fikrincə, intəhasız isti və günəşli günlər, sakit axşamlar və aylı gecələr dünyanın ən yaxşı musiqiçilərinin ürəyincə idi. “Qəbələ Beynəlxalq Musiqi festivalı Qafqaz dağlarının düz ətəyində, ağacların sıx olduğu gözəl məkanda keçirilib. Festival insanı valeh edir, gözəllik və musiqi mükəmməlliyi barədə dərin təəssürat oyadır, yaddaşlara həkk olunur. Bu festival mahiyyətcə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı. Muğam festivalın ayrılmaz hissəsidir.

Azərbaycan multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasını və harmoniyasını əks etdirirdi və bunları yalnız Azərbaycanda görmək olar”, - deyə Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində fikrini yekunlaşdırır.




Baxış sayı: 1 608
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031