Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan, Heydər Əliyev Fondunun təşkilatçılığı, Gilan Holdinqin dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti baş tutub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aysel Teymurzadə və bir sıra tanınmış incəsənət xadimləri iştirak ediblər. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri italiyalı solist Kiara İsotton (soprano), Adil Axundov (tenor), Samir Cəfərov (tenor), Məhərrəm Hüseynov (bariton), gürcü solist Giorgi Çelidze (bas), Türkiyədən Mine Kurtoğlu (soprano) və Elnarə Məmmədova (soprano) müşayiət ediblər. Konsertdə dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, C.Puççini, S.Raxmaninov, C.Verdi, V.A.Motsart, R.Molinelli, J.Massnenin əsərləri səsləndirilib.
Baxış sayı: 1 602
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

