Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan təlim üç gün davam edib.
Layihənin rəhbəri İlahə Qismət AZƏRTAC-a bildirib ki, təlimin əsas məqsədi gənc ifaçılara və bu sahəyə marağı olan şəxslərə muğam sənətinin sirlərini öyrətmək, həmçinin onların incəsənətə olan marağının artırılmasına kömək etməkdən ibarətdir. Təlimdə iştirakçılar muğamla bağlı onları maraqlandıran bir çox suallara cavab taparaq əyani muğam parçalarını dinləməklə yanaşı, şifahi və ənənəvi professional muğamlarımız haqqında maarifləndiriliblər. Belə ki, təlim görkəmli muğam ifaçıları Xalq Artisti, dosent Zümrüd Məmmədova, Əməkdar İncəsənət Xadimi, professor, bəstəkar Aydın Əzimov, Əməkdar Artist, dosent Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədlinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, layihə çərçivəsində gənc musiqiçilər və musiqisevərlər ustad sənətkarlar tərəfindən professional muğamlarımız haqqında biliklərə yiyələnməklə yanaşı, mövzu ətrafında bir sıra elmi müzakirələrdə də iştirak ediblər
Baxış sayı: 2 071
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

