FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Türkologiya” kitabı təqdim olundu
28-07-2018, 10:45 | MƏDƏNİYYƏT
“Türkologiya” kitabı təqdim olundu

Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib.

Tədbirdə layihə çərçivəsində türkologiyaya dair aparılan yeni araşdırmaların nəticəsi olaraq, yeni fundamental araşdırmaları özündə əks etdirən “Türkologiya” adlı kitab ictimaiyyətə təqdim olunub. Kitabın müəllifləri - Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Layihənin rəhbəri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlıdır. “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək deyib: “Məqsəd Azərbaycan türkoloji düşüncəsinin türk xalqlarının həmrəyliyində rolu və təsir imkanlarının, Türk dünyasının birliyi sahəsində elmi-mədəni, ideoloji münasibətlərin araşdırılması və təbliğinə istiqamətlənib. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra türk dünyasının birliyinin aspektləri, türk xalqlarının ortaq dəyərlərinin əsaslarının tədqiqi istiqamətində həm elmi-mədəni, həm də dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Bəzi alimlərin məsələ ilə bağlı məhdud sayda kitabları vardır. Amma məhz müstəqillik dönəmində aparılan araşdırmaların əsas özəyini təşkil edən materiallar sistemləşdirilərək bir elmi-mədəni vəsait kimi təqdim olunmamışdır. Biz uyğun nəşr və müzakirələrlə çıxış etmək, ortaq milli-mənəvi, tarixi, mədəni, ideoloji maraqlarımızın təbliğini gücləndirməklə müasir Azərbaycan türkoloji fikri haqqında real təsəvvürlər yaranması işinə kömək etməyə çalışmışıq”.

Qeyd olunub ki, Azərbaycan türkoloji düşüncəsi elmi-mədəni baxımdan, türk xalqlarının birlik arzularının həyata keçməsində mühüm amillərdən biridir. Kitabda türklər haqqındakı elmin əsas problemləri, türklərin mənşəyi, qədim türklər, türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və türk dünyasında inteqrasiya məsələləri elmi ideoloji baxımından ətraflı şəkildə araşdırılıb. Kitabdan elmi dairələr, türkologiya sahəsində elmi araşdırmalar aparan şəxslər (qurumlar), tələbə və gənclər, habelə ölkəmizdən kənardakı qədim tarixi torpaqlarında yaşayan soydaşlarımız, müasir Azərbaycan türkologiyasının milli özünüdərk prosesində rolu barədə dolğun məlumat əldə edəcəklər.




Baxış sayı: 1 516
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031