FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərxalça” hərraclarda satışa çıxarılan Azərbaycan xalçalarının çeşniləri əsasında yeni məhsullar istehsal edir
26-07-2018, 11:10 | MƏDƏNİYYƏT
“Azərxalça” hərraclarda satışa çıxarılan Azərbaycan xalçalarının çeşniləri əsasında yeni məhsullar istehsal edir

Məhz bunun nəticəsidir ki, bu gün dünyanın nüfuzlu muzeylərinin ekspozisiyasını Azərbaycan xalçaları bəzəyir. Öz çeşnisi, toxunuş texnologiyası, orijinallığı və keyfiyyəti ilə seçildiyindən Azərbaycan xalçaları bütün dünyada hər zaman dəyərli olub. Müxtəlif vaxtlarda hərraca çıxarılan xalçalar rekord qiymətlərə satılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq onların çeşniləri əsasında yeni xalçalar toxuyur. Cəmiyyət dünya muzeylərində, kolleksiyalarda saxlanılan, müxtəlif vaxtlarda hərraca çıxarılaraq satılan Azərbaycan xalçaları barədə məlumat bazası da yaradır. “Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1998-ci ildən 2017-ci ilədək hərraca çıxarılan 100-dən çox qədim xalça haqqında məlumatlar əldə olunub. “Christieʼs” hərrac evində 1998-ci il oktyabrın 15-də keçirilən hərracda XVIII əsrin sonlarına aid “Əjdahalı” çeşnisi ilə toxunan xalça 58 min 747 ABŞ dollarına satılıb. Elə həmin hərrac evində 2002, 2003, 2006, 2008 və 2014-cü illərdə XVIII və XIX əsrlərdə toxunan 12 qədim Azərbaycan xalçası hərraca çıxarılıb. Bu xalçalar sırasında ən baha qiymətə satılanı XIX əsrin birinci yarısında toxunan xalçadır. Bu xalça 152 min 592 ABŞ dollarına satılıb.

2006-cı ilin dekabr ayında ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan Robert Montqomeri Skott tərəfindən hərraca çıxarılan, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində toxunan Azərbaycan xalçasına çox böyük maraq göstərilib. Həmin xalça 341 min 625 ABŞ dollarına satılıb. Bu, ölçüsünə görə ən baha qiymətə satılan Azərbaycan xalçasıdır. Cəmi 3 kvadratmetr olan heç bir xalça belə baha qiymətə satılmayıb. 2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb. “Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb.

Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də keçirilən “Grogan” hərracında da satışa çıxarılıb. ABŞ-da fəaliyyət göstərən bu hərrac evi Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışını həyata keçirib.

Mitçel və Rozali Qafqaz xalçalarını 1980-ci illərin əvvəllərindən toplamağa başlayıblar. Nyu-İqlənd Xalça Cəmiyyətinin fəal üzvləri olan ər-arvad həmin xalçaları əsasən İstanbul, Milan, Paris, London və Münxendən alıblar. Hərracda ABŞ və Avropa ölkələrindən olan alıcılar iştirak edib. “Grogan”da satışa çıxarılan bu xalçalar ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.1810-cu ildə toxunmuş Quba namzalıq xalçasını hərracda ən baha qiymətə - 61 min ABŞ dollarına Boston İncəsənət Muzeyi alıb. 100 alıcının iştirak etdiyi hərracda 15-dən çox xalça 10 min ABŞ dollarından baha qiymətə satılıb.

“Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər. Dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda satılan xalçaların çeşniləri əsasında istehsal olunan bəzi məhsulların fotoşəkillərini təqdim edirik.




Baxış sayı: 1 923
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031