FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Heydər Əliyev Fondu Fransada Azərbaycan mədəniyyətini tanıdır
15-07-2018, 12:10 | MƏDƏNİYYƏT
Heydər Əliyev Fondu Fransada Azərbaycan mədəniyyətini tanıdır

Sərginin açılışında Kann şəhər merinin müavini Frank Şıkli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər.

F.Şıkli Kannda artıq ənənəvi olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə hər iki xalqı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanımağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir.

A.Ələkbərov belə əlamətdar gündə - 14 iyul Fransanın milli bayramında açılışı keçirilən Azərbaycan mədəniyyəti günlərinin dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan, müxtəlif sahələri əhatə edən əlaqələrə dayandığını bildirib. Birinci vitse-prezidentin köməkçisi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən, son illər ölkələrimiz arasında mövcud olan bütün münasibətlərin strateji əməkdaşlıq xarakteri daşımasından söz açıb.

Heydər Əliyev Fondunun icraçı direktoru mədəniyyət sahəsindəki əlaqələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti kimi, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə həmişə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib. “2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Məhz 100 il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Fransanın paytaxtı Parisdə keçirilib”, - deyə A.Ələkbərov vurğulayıb.

Bildirilib ki, “Məhəbbət tandemi” sərgisi Azərbaycanın Əməkdar İncəsənət Xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Lətif Feyzullayev və Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə bu cütlüyün 50-dən çox əsəri nümayiş olunur.

Səfir Rəhman Mustafayev Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələri xatırladıb. Azərbaycan mədəniyyət diplomatiyasının əsas özəyi olan Heydər Əliyev Fondunun iki xalqın yaxınlaşmasında oynadığı rolun əhəmiyyətindən danışan diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Kannda mədəniyyətimizin təşviqinə və bu şəhərlə əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb.

Çıxışlardan sonra “Məhəbbət tandemi” sərgisinin açılışı olub. Tədbir iştirakçıları sərgini ziyarət ediblər. Sərgidə Lətif Feyzullayevin və Vəcihə Səmədovanın doğma yurdumuzun gözəlliyini, soydaşlarımızın həyat tərzini, qayğılarını və əməyini əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Həmçinin hər iki rəssamın həyat yolundan bəhs edən videoçarxlar nümayiş olunub. Sərgiyə gələn sənətsevərlərə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi haqqında fransız dilində nəşrləri hədiyyə edilib. “Məhəbbət tandemi” sərgisi avqustun 4-dək davam edəcək. Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində ziyafət də təşkil edilib. Gecədə Azərbaycanın tanınmış musiqiçiləri – Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın iştirakı ilə konsert proqramı təqdim olunub, milli musiqimizin inciləri səsləndirilib. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri 2013-cü ildən keçirilir. Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihə çərçivəsində mütəmadi olaraq müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.

Ümumiyyətlə, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında, şəhərlərində ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçirir. Sevindirici haldır ki, ölkəmizi tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır.(Modern.az)




Baxış sayı: 1 530
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik Dünən, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür Dünən, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Dünən, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib Dünən, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30