.İyulun 6-da “Azərkitab” kitab təbliğat mərkəzinin konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin (İB) ekranlaşdırdığı “Soyqırımı: 100 il” sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimi layihənin rəhbəri İB-nin sədri Büllur Məmmədova açaraq filmin əhəmiyyətindən söz açıb. Bildirib ki, film daşnakların azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin 100-cü ildönümünə həsr edilib.
Vurğulanıb ki, “Soyqırımı: 100 il” sənədli filmi yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Təşkilat sədrinin sözlərinə görə, növbəti mərhələdə sənədli filmin xarici dillərə dublyaj olunaraq xarici ölkələrə yayılması planlaşdırılır. Tədbir film ətrafında geniş müzakirələrin aparılması ilə davam edib.
Baxış sayı: 1 482
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

