FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycanda yəhudilərin həyat tərzi” kitabı
5-07-2018, 09:25 | MƏDƏNİYYƏT
“Azərbaycanda yəhudilərin həyat tərzi” kitabı

İyulun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in Azerbaijan” (“Azərbaycanda yəhudilərin həyat tərzi”) adlı kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri, mədəniyyətləri, həyat tərzləri, eləcə də Azərbaycan-İsrail münasibətləri haqqında məqalələr yer alıb. Kitab ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində Milix Yevdayevin dərc edilmiş məqalələrinin toplusundan ibarətdir. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycandakı multikultural mühit beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib ki, bu nəşrdə də milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində yaşadığı bildirilir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və digərləri çıxış edərək yeni nəşrin önəmindən danışıblar. Qeyd olunub ki, kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi xalqımızın başına gətirilən dəhşətli faciələr haqqında ətraflı məlumat verilir. Daha sonra kitabın müəllifi Milix Yevdayev çıxış edərək bildirib ki, Azərbaycandakı bütün xalqların nümayəndələri özlərini yaşadıqları ölkənin layiqli vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait, xoş münasibət var. O, kitabında da bu məsələlərin xüsusi qeyd olunduğunu deyib.




Baxış sayı: 1 680
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031