FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Bir döyüşçünün gündəliyi” kitabının və filminin təqdimatı olub
28-06-2018, 09:55 | MƏDƏNİYYƏT
“Bir döyüşçünün gündəliyi” kitabının və filminin təqdimatı olub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Bir döyüşçünün gündəliyi” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabın və filmin təqdimatı olub. Bu barədə AZƏRTAC-a Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Ramil Vəlibəyov deyib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Məhz 1991-ci ildən hərbi proseslərə qatılan, Dağlıq Qarabağ müharibəsində iştirak edən, Şuşada, Kəlbəcərdə, Ağdərədə, Laçında, Tərtərdə, Ağdamda, Füzulidə döyüşən, bir çox kəndlərin işğaldan azad olunması əməliyyatlarında fəal iştirak edən, yaralanan ilk zabitlər korpusunun üzvü Rəhimov Heydər Mikayıl oğlu da həmin insanlardandır. Çap olunmuş kitab və çəkilmiş film Heydər Rəhimovun keçdiyi döyüş yolu fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hərbi-siyasi baxışı, müharibə reallıqlarını ehtiva edir. Kitabda və filmdə, həmçinin Azərbaycan xalqının döyüşkənliyi, cəsarəti, Vətənə bağlılığı kimi xüsusiyyətlərini təsvir edən real hadisələr də göstərilir. Eyni zamanda, kitabda və filmdə Heydər Rəhimovla birgə döyüşmüş Vətən fədailərinin xatirələrinə istinad edilir. Sonra “Bir döyüşçünün gündəliyi” adlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra çıxış edən ehtiyatda olan zabit Heydər Rəhimov bildirib ki, bu gün Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib. Azərbaycan Ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Biz də Qarabağ qaziləri olaraq istənilən an Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə silaha sarılmağa və torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşə hazırıq.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin artan iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla həyata keçirilir. “Bir döyüşçünün gündəliyi” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabın və filmin əhəmiyyətinə toxunan Sədaqət Vəliyeva söyləyib ki, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində bu cür layihələrin böyük rolu var. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bu gün Azərbaycan dövlətinin xarici siyasətinin mühüm prioritetini təşkil edir. Bu münaqişə, eyni zamanda, bütün cəmiyyət üzvlərini düşündürən vacib problemdir. Çünki ötən iki yüz il ərzində Dağlıq Qarabağ məsələsi və erməni şovinizmi Azərbaycan xalqının hər bir üzvünün həyatında silinməz iz buraxıb. Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsi və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, torpaqlarımızı işğal etməsi faktoru milli məsələ kimi daim diqqət mərkəzindədir. Elə buna görə də Dağlıq Qarabağda baş verən hadisələrə cəmiyyətimizin reaksiyası kəskin və qəti olur. Biz bunu 2016-cı ilin Aprel döyüşlərində əyani şəkildə gördük.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, son proseslər onu göstərir ki, uşaqdan tutmuş yaşlılara qədər hər kəs tarixi torpağımız olan Dağlıq Qarabağ uğrunda müharibəyə getməyə və düşmənə qarşı vuruşmağa hazırdır. Azərbaycan Ordusu düşmənə dəfələrlə sübut edib ki, Ali Baş Komandanın əmri ilə istənilən vaxt torpaqları azad etməyə qadirdir. Aprel döyüşlərində ermənilər və onların havadarları bir daha anladılar ki, Azərbaycan xalqı ərazi bütövlüyü və suverenliyi uğrunda son damla qanına qədər döyüşməyə hazırdır.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, Heydər Rəhimov bir Qarabağ qazisi kimi cəmiyyətdə özünə böyük hörmət qazanıb. Gənclər üçün canlı qəhrəman və vətənpərvərlik nümunəsi olan Heydər Rəhimovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, gənc nəslə danışmaq lazımdır. Çünki Heydər Rəhimov da özündən əvvəlki qəhrəmanların, vətənpərvərlərin timsalında nümunə götürüb, onların təlim-tərbiyəsi əsasında yetişib. Bu kitab və film gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, Azərbaycanın qəhrəman oğullarının Vətən, torpaq uğrunda fədakarlıqlarının təbliğində mühüm vəsait kimi çıxış edəcək. Tədbirin sonunda bir qrup fəal Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanları ilə təltif ediliblər.




Baxış sayı: 1 613
İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər Bu gün, 12:00 Azərbaycan Mətbuat Şurası Rusiyanın informasiya məkanındakı təhdidlərlə bağlı bəyanat yayıb Bu gün, 12:00 Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar Bu gün, 11:30 TRT-nin “Azərbaycan rüzgarı” proqramı Xalq artisti Elza İbrahimovaya həsr olunub Bu gün, 09:30 Ərdoğan ilə Tramp arasında telefon danışığı olub Bu gün, 08:30 Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib Bu gün, 08:00 Müslüm Maqomayevin xatirəsi yad edilib Dünən, 19:00 Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var Dünən, 18:30 Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər Dünən, 17:30 Azərbaycan əhalisinin sayı açıqlandı Dünən, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Dünən, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Dünən, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Dünən, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Dünən, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Dünən, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Dünən, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür 16-08-2026, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür 16-08-2026, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb 16-08-2026, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var 16-08-2026, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib 16-08-2026, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31