Böyük sənətkar Rəşid Behbudovun xatirəsinə həsr edilən tədbir keçirilib. Sənətkarın adını daşıyan Mahnı Teatrında reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından söz açılıb. Qeyd edilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası ilə mümkün olub. Səid Rüstəmov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil. Yaraşıqlı görkəmi, aktyorluq məharəti, istənilən milli musiqini duymaq istedadı Rəşid Behbudova böyük uğur gətirib və bu uğur onu ömrü boyu müşayiət edib. Onun yaradıcılığı sərhəd tanımır. Bildirilib ki, Rəşid Behbudovun bizə yadigar qoyub getdiyi musiqi, kinofilm və lent yazılarından əlavə, bir də yaratdığı Mahnı Teatrı var. Azərbaycan musiqisini dünyada tanıdan Rəşid Behbudov mədəniyyətimizin parlaq simalarındandır. Onun çoxcəhətli fəaliyyəti musiqi mədəniyyətimizin zəngin bir mərhələsini təşkil edir. Sonra sənətkarın adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Baxış sayı: 1 501
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

