FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Tarixi hadisələrə şahidlik etmiş bina
18-05-2018, 10:25 | MƏDƏNİYYƏT
Tarixi hadisələrə şahidlik etmiş bina

Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Cənubi Qafqazda milli azadlıq hərəkatlarının daha da güclənməsi Azərbaycanda və Gürcüstanda ilk dəfə müstəqil respublikaların yaradılması ilə nəticələndi. Hər iki xalqın müstəqillik bəyannaməsi də məhz Tbilisidə elan olunub. Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik bəyannaməsinə şahidlik etmiş tarixi bina Tbilisinin ən gözəl küçə və prospektlərindən birində - Şota Rustaveli prospektindədir (Şota Rustaveli, 6). Azərbaycanın müstəqilliyinin elan olunduğu bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir. Amma çar Rusiyası dövründə bu binada Qafqaz canişinliyi yerləşirdi. 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə Gürcüstandan sosial demokratlar, Azərbaycandan “Müsavat” partiyasının üzvləri və bitərəflər, Ermənistandan isə “Daşnaksütyun” partiyası təmsil olunub. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 50 üzvü olub. Sosial demokratların 32, ermənilərin isə 27 üzvü Seymdə yer alıblar. Seymdə azərbaycanlılar əksəriyyət təşkil etdiyindən verilən qərarlarda Azərbaycanın söz üstünlüyü ola bilərdi. Bu isə “Daşnaksütyun”a və Azərbaycanı sevməyən digərlərini qane etmədiyindən Seymdə ixtilaf əmələ gəlib.

Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də isə Seymin Azərbaycan nümayəndəliyi özünü müvəqqəti Milli Şura elan edib. Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada yaradıldığı rəsmən elan olunub. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib.

Bina ilə tanış olarkən tarixin həmin şanlı səhifəsinin şahidi olursan. Binanın əsas zalının girişində divarlarda Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib.

Divarlarda Ermənistana aid belə lövhəyə rast gəlinmir. Binanın salonlarını gəzdikcə sanki həmin dövr insanın gözləri önündə canlanır. Buradakı Güzgülü, Ağ və Qırmızı zallar qədim tarixdən xəbər verir.

Hər tərəfdən xırda güzgülərlə əhatə olunmuş Güzgülü zalda əsasən, müzakirələr aparılıb. Ona görə də bu zala həm də məşvərət zalı deyirlər. Mühüm sənədlər isə qonşu otaqda qızılı lövhələrlə əhatə olunmuş, hündür tavanlı Ağ zalda imzalanıb. Zalda qədim dövrə aid masa və piano var. Azərbaycanın və Gürcüstanın ilk müstəqillik bəyannamələri də məhz bu zalda imzalanıb. Zaqafqaziya Seymi də məhz bu zalda çağırılıb.

Gərgin müzakirələrdən sonra qəbul olunmuş qərarlar isə öz köhnə ənənəsinə uyğun bəzədilmiş Qırmızı zalda elan olunub. Bir növ mədəniyyət evi və konsert salonunu xatırladan bu zalda səhnə və oturacaq yerləri ayrıdır. Qəbul olunmuş qərarlar da məhz həmin səhnədən səsləndirilib. Binanın əhəmiyyəti bununla bitmir. Qafqaz canişinliyinin xidməti məkanı olmuş bu binada həmin dövrdə bir çox görkəmli şəxsiyyətlər, o cümlədən Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfi fikrinin banilərindən olan Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov da çalışıblar.

Bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının qəbul olunmasına da şahidlik edib. Sovet dövründə Pionerlər evi kimi fəaliyyət göstərmiş binada indi məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Bu binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib, şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanına çevrilib. Binanı ziyarət edənlərə onun tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə ətraflı məlumat verilir.

Xətayi Əzizov AZƏRTAC




Baxış sayı: 1 656
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Bu gün, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Bu gün, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Bu gün, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930