ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş təbrik Bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib. Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk Bəyannamə deyil. Belə ki, qubernator 2017-ci ildə Xocalı soyqırımı ilə də bağlı Bəyannamə imzalayaraq bu faciəni pisləmişdi. Respublikaçılar Partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.
Baxış sayı: 3 234
Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala
Dutch portal highlights Azerbaijan-Armenia peace process
Azerbaijan and Türkiye discuss military cooperation
U.S. Congress hosts international conference on right of return
Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference

